Məhkəmə qərarları › İş №3(027)-9/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-9/2022

05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-9/2022 05.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu Azərbaycan Respublikası DİN-nin Quba RPŞ tərəfindən tərtib edilmiş 13.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan X4 tərəfindən verilmiş şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏ YYƏN E T D İ M: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, 13.12.2021-ci il tarixdə Quba RPŞ-nin təbliğat üzrə inspektoru, polis kapitanı X7 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolu və bunun əsasında qəbul edilmiş inzibati məsuliyyətə cəlbetmə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13.12.2021-ci il tarixində Quba rayon RPŞ-nin təbliğat üzrə inpektoru, polis kapitanı X7 tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin həmin protokolla o, AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə də olunmuşdur. Bu inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, inzibati xəta haqqında protokola baxdıqda görünür ki, bu inzibati xətanın baş verməsində şahid kimi iştirak etmiş şəxslərin də adları yazılmalı və onların da izahatı alınmalıdır. Lakin bu hadisə baş verən vaxt onun idarə etdiyi avtomobildə olan X3 və X5 bu protokolu tərtib edən polis əməkdaşı tərəfindən şahid kimi dindirilməmiş, həmçinin onları adları da bu inzibati xəta haqqında protokola əlavə edilməmişdir. Bu faktın özü həmin protokolu tərtib edən polis əməkdaşının bu hadisəyə qeyri-obyektiv və ədalətsiz qiymət verməsinin bir sübutudur. Həmçinin bildirmişdir ki, onun əməlində heç bir inzibati xətanın tərkib hissəsi olmadığı halda, o, əsassız olaraq AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzalandırılmışdır. Ona görə də hesab edir ki, bu inzibati xəta haqqında ətraflı araşdırma aparılmalı və obyektiv qərar qəbul edilməlidir. Şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edirəm ki, X4 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət ilə məhkəməyə müraciət edə bilər. Beləliklə hesab edirəm ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmadığından, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ tərəfindən tərtib edilmiş 13.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan X2 verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası DİN-nin Quba RPŞ tərəfindən tərtib edilmiş 13.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan X4 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar