Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-900/2024 29.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Quba rayonu İ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, fərdi əməklə məşğul olan Quba rayonu İ Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə Quba rayonu, İ Nügədi kəndində yaşayan qardaşının kürəkəni Zərərçəkmiş şəxs evində onu vurmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X5 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində onunla eyni kənddə yaşayan qardaşının keçmiş kürəkəni Zərərçəkmiş şəxs yaşadığı evdə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı sonuncunu qəsdən vuraraq ona fiziki ağrı yetirmişdir. xx.xx.2024-cü il tarixdə saat 23:11-də Zərərçəkmiş şəxs və ailə üzvlərinin Şəxs tərəfindən döyülməsi izahat, ekspertiza rəyləri və təhqiqat sənədləriylə təsdiq edilmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs Əlvanənin yoldaşıdı, Əlvanə onun qardaşı Eldarın qızıdır. xx.xx.2024-cü il tarixdə qardaşının xahişi ilə Əlvanəni iş yerindən götürərək, qardaşı Eldarı, onun yoldaşı Xatirəni və bacısı Sədaqəti şəxsi avtomobili ilə Ceyhuna məxsus evə aparmış, onlar içəri daxil olmuş, özü isə evin qarşısında avtomobilində gözləmişdir. Bir neçə dəqiqə sonra evdən səs küy gəldiyindən həyətə daxil olmuş, bacısı Sədaqətin yerdə olduğunu Ceyhunun isə onu təpiklə vurduğunu görmüş, onları ayırmış, orada olan zaman heç kəsi vurmamış və hədələməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 2003-cü il tarixdən Əlvanə Qasımova ilə rəsmi evlidir. Evlilikdən bir övladı var. Evləndikdən sonra RF-na işləmək məqsədi ilə getmiş və RF-da olduğu zaman 2014-cü il tarixdə X6 ilə rəsmi evlənmişdir, bu evlilikdən 3 övladı olmuşdur. xx.xx.2024-cü il tarixdə qızı Səadətin toy məclisinə ikinci ailəsilə birlikdə gəlmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman evinə kamera quraşdırmaq məqsədi ilə usta gətirmiş, həmin vaxt qaynanası Xatirə yaşadığı evə gəlmiş və evinə kamera çəkdirməsini səbəb gətirərək onunla mübahisə etməyə başlamışdır. Sonrada çıxıb getmişdir. Bir qədər sonra yenidən qaynatası Eldar, qaynanası Xatirə, arvadı Əlvanə, dayısı İmkan və xalası Sədaqət yaşadığı evə gəlmiş, onlarla mübahisə etmişlər. Mübahisə zamanı dayısı İmkan əlində olan bilmədiyi əşya ilə başına vurmuşdur. Bu zaman orada olan digər şəxslər onu və ilə üzvülərini döyərək onlara xəsarət yetirmişlər. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 649 nömrəli, 06 avqust 2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət – başın sol təpə nahiyəsində və belində sağda qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan bədən xəsarətləri növünə aiddir İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 avqust 2024cü il tarixli qərardan görünür ki, Şəxs, X3 və X4 əməllərində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İXM-nin 157-cı maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs, X2 və X4 barlərində cinayət işinin başlanılması rədd edilməli, qərarın surəti barələrində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollar müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, sübutlrı tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, Şəxs döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən “Müharibə veteranı” olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, məsuliyyətini ağırlaşdıran haların olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-900/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-900/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver