Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-901/2020 10.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 və Azərbaycan Respublikası Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X12 şöbəsinin nümayəndəsi X6 iştirakı ilə Azərbaycan Respublikası Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X12 şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X12 şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə edilmişdir. Hal-hazırda X4 ərizə ilə Quba rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsində göstərmişdi ki, Quba rayonu Vəl-vələ kəndi ərazisində DƏDRX-nm 5 saylı X10 tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən 111,07 kvmetr torpaq sahəsində yerləşən kafesi vardır.O, mülkiyyətimdə olan kafeni Seymur adlı şəxsə icarəyə verdikdən sonra, Seyfur müvəqqəti işlətmək üçün Püstə Ələkbərova təhvil vermişdir ki, təmizlik işlərini kafedə aparsın. xx xxxxxx 2020-ci il tarixdə P.Ələkbərova mənə zəng vuraraq 5 nəfər şəxsin kafedə onu söyüb təhqir etdiyinibildirdi. Mən təcili kafeyə gəlib hadisə barədə 102 xidmətinə zəng vurub məlumat verdim və bu hadisə ilə əlaqədar Quba rayon Polis Şöbəsində araşdırma apardılar. P.Ələkbərova ilə mənim aramda işə götürmək barədə əmək müqaviləsi olmadığı üçün 12 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinə məlumat verildi. DƏMX-nin X13 Müfəttişliyinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə mən Azərbaycan Respublikası İXM-nin 192.1 -ci maddəsi ilə 3000 manat inzibati növündə cərimə yazdılar. Mən, DƏDM-nm 12 saylı region üzrə əmək müfəttişliyinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə razılaşmıram. Həmin qərar qanunsuz və ədalətsiz olduğu üçün həmin inzibati iş üzrə icraata xitam verilməlidir. 1. Ərizəmə əlavə etdiyim xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən aşkar olur ki, qeyd olunan tarixdə X3 ilə icarə müqaviləsi bağlayıb ona təhvil vermişəm və həmin icarə müqaviləsi xx xxxxxx 2019-cu il tarixə kimi müddətə bağlanmışdır və xx xxxxxx 2020-ci il tarixdə mənim mülkiyyətimdə olan «Bakı» kafesi S.Qeybullayevin icarəsində olmuşdur. DƏMX-nm X12 şöbəsi heç bir araşdırma aparmadan mənim haqqında inzibati tənbeh barədə qərar qəbul edərək mənim 3000 manat məbləğində cərimə cəzası tətbiq etmişdir. Ərizəmə əlavə etdiyim xx.xx.2019-cu il tarixli icarə müqaviləsi icarədar S.Qeybullayev tərəfindən xx xxxxxx 2020-ci il tarixdə icarə müqaviləsinə xitam verdirmişdir. Qeyd etdiyim kimi xx xxxxxx 2020-ci il tarixdə mənim mülkiyyətimdə olan «Bakı» kafesi faktiki olaraq S.Qeybullayevin icarəsində olmuş və mənim P.Ələkbərova ilə işə götürmək barədə əmək müqaviləsi bağlamaq səlahiyyətim olmamışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X12 Şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə mənə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilib həmin inzibati iş üzrə icraata xitam verilməsinə dair qərаr qəbul еdilməsini məhkəmədən xаhiş еtdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X12 şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış icraata xitam verilməsi haqqında şikayəti təmin edilməməlidir. Belə ki, iş materialında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarxli qərardan görünür ki, X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti 12 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, Quba RPŞ-də aparılmış araşdırma zamanı X1 özünə məxsus olan Quba rayon Vəl-Vələ kəndi ərazisində yerləşən Bakı kafesində X2 ilə əmək müqaviləsi bağlamadan hər gün üçün 5 manat olmaqla kafedə aşbaz, afisant və xadimə kimi işlətməsi müəyyən olunmuş və X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti 12 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinə göndərilməsi qərara alınmışdır. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X12 şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış icraata xitam verilməsi barədə X1 ərizənin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 211-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X12 şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış icraata xitam verilməsi barədə X1 ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-901/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-901/2020
10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver