Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-902/2021 26.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü il tarixdə Quba rayonu, Zərdabi kəndində doğulmuş, Quba rayonu, Zərdabi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 16.06.2021-ci il tarixdə saat 03 radələrində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı anası X1 başından əli ilə, ayağından təpiklə vuraraq sonuncuya dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Qeyd olunan faktla əlaqədar Quba RPŞ-nin sahə rəisi polis mayoru X2 tərəfindən 26.10.2021-ci il tarixdə ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs anası Fəxriyyə Hacıyevanı vuraraq ona xəsarət yetirməsini etiraf etmişdir. İş materiallarında olan: məhkəmə-tibb ekspertizasının 18.06.2021-ci il tarixli 506 saylı rəyindən görünür ki, X1 bədəni üzərində aşkar olunan xəsarətlər-sağ qoltuqaltı sahədə və sol bazunun yuxarı 1/3-nin bayır səthində hərəsində bir yerdə qançır küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 16 iyun 2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur; “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16.07.2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması əməldə cinayət tərkibi olmadığından rədd edilmiş və barəsində inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilmişdir; “inzibati xəta haqqında iş üzrə icraata başlanması (təzələnməsi) və inzibati araşdırmanın aparılması haqqında” 26.10.2021-ci il tarixli qərardan görünür ki, 09.09.2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə açılmış və 16.08.2021-ci il tarixdə dayandırılmış inzibati icraat təzələnmişdir; AZ-İİ № 226156 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, zərərçəkmiş şəxs X3 17.10.2021-ci il tarixdə ölmüşdür. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi cinayət işinin başlanmasının rədd edilməsi barədə 16.07.2021-ci il tarixli qərarla, 26.10.2021-ci il tarixdə ******* saylı saylı inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi var və o, həmin inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, öz daxili inamıma əsaslanaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, inzibati xətanın xarakterini nəzərə alaraq, hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-902/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-902/2021
26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver