Məhkəmə qərarları › İş №3(027)-905/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-905/2021

11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-905/2021 11.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 Xidmətinin Quba Regional Şöbəsi tərəfindən 30 sentyabr 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 08 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 Xidmətinin Quba Regional Şöbəsi tərəfindən 30 sentyabr 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 08 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Quba şəhəri, Vaqif küçəsində yerləşən avto çilingər sexlərinin birində çilingər olaraq fəaliyyət göstərir. Təxminən 2 ay öncə onun işlədiyi sexə Orxan adlı bir polis zabiti yaxınlaşmış və onun yanında sənəti öyrənmək istəyən X4 az yaşlı olduğunu bildirmişdir. O, həmin təcrübəçinin 2003-cü il təvəllüdlü olduğunu bildirmişdir. Sonra isə ona X6 Xidmətinin Quba Regional Şöbəsi tərəfindən 3000 (üç min) manat cərimə yazılmışdır. Sonradan ona məlum olmuşdur ki, X6 Xidmətinin Quba Regional Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsini tətbiq etmişlər. Onun VÖEN-nin fəaliyyətini bir neçə il əvvəl dayandırmış, yəni vəzifəli və fiziki şəxs kimi heç bir fəaliyyəti yoxdur. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 Xidmətinin Quba Regional Şöbəsi tərəfindən 30 sentyabr 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 08 oktyabr 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 Xidmətinin Quba Regional Şöbəsi tərəfindən tərtib edilmiş 30 sentyabr 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan və 08 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X3 VÖEN-nin fəaliyyətini bir neçə il əvvəl dayandırdığını qeyd etsə də, iş materiallarında olan X3 barəsində vergi məlumatlarına dair portaldan çıxarışdan görünür ki, X3 vergi ödəyicisi olmaqla, adına olan ********** saylı VÖEN hal-hazırda aktivdir. Yəni, X3 vəzifəli şəxs olmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 Xidməti tərəfindən düzgün olaraq 3000 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 Xidmətinin Quba Regional Şöbəsi tərəfindən 30 sentyabr 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 08 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 Xidmətinin Quba Regional Şöbəsi tərəfindən 30 sentyabr 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 08 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 Xidmətinin Quba Regional Şöbəsi tərəfindən 30 sentyabr 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 08 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar