Məhkəmə qərarları › İş №3(027)-907/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-907/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-907/2024 18.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi : X3 inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında həmin işin icraatına xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayonu Xanagah kəndində qeydiyyatdadır. Hazırda Quba şəhərində işlədiyindən müvəqqəti olaraq Quba rayonu Alekseyevka kəndində kirayədə yaşayır. xx.xx.2024-cü il tarixdə Quba rayonu Xanagah kəndi ərazisinə baxan poçt işçisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı ona məlum olub ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə protokol tərtib olunmuş və həmin protokola baxılması xx.xx.2024-cü il tarixə təyin olunmuşdur. Protokola baxılması ilə əlaqədar məktub ona gec təqdim edildiyindən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi xx.xx.2024-cü il tarixdə barəsində MN ******* nömrəli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərarda qərarın surətini rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində şikayət vermək hüququnun olduğu qeyd edilmişdir. O həmin qərarı xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, qərarın qəbul edilməsinə əsas olmuş 29 avqust 2024-cü il tarixli protokolda guya onun “xx.xx.2024cü il tarixdə Qaradağ rayonu Səngəçal qəsəbəsində Vulkan karyeri adlanan ərazidən **-UY-*** dövlət qeydiyyat nömrə nişanı “SHACMAN” markalı nəqliyyat vasitəsilə 18 kub metr həcmində qarışıq süxur kütləsinin icazə olmadan yerin təkindən istifadə edərək daşıması göstərilmişdir.” Bildirir ki, xx.xx.2024-cü il tarixdə o, ümimiyyətlə Qaradağ rayonunda olmamışdır. Həmin tarixdə Quba rayonu Atuc kəndindən Xaçmaz rayonu Yalama kəndinə daş daşımış. Bu faktı işlədiyi karyerin işçiləri də təsdiq edə bilər. Qeyd olunan qeydiyyat nömrə nişanı **-UY-*** olan “SHACMAN” markalı nəqliyyat vasitəsini Qaradağ rayonunda işlədiyi zaman idarə etmişdir, lakin 2024-cü ilin aprel ayında həmin iş yerindən çıxaraq Quba rayonuna gələrək Quba rayon ərazisində işləyir. Qeyd olunan “SHACMAN” markalı, **-UY-*** qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək üçün adına avtomaşının sahibi tərəfindən etibarnamə verilmiş, o işdən çıxanda həmin etibarnmə ləğv olunmamış, hazırda həmin nəqliyyat vasitəsini istifadə edən şəxs də etibarnamə olmadan idarə etdiyi üçün, sonuncu etibarnamə ona verildiyi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi araşdırma aparmadan onun barəsində protokol tərtib etmiş və müvafiq qərarla 600 manat məbləğində cərimə tətbiq edilmişdir. Şikayət verən şəxs X3 məhkəməyə vəsatət təqdim edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında həmin işin icraatına xitam verilməsinə dair yeni qərar qəbul edilməsi barədə şikayətinə qeydiyyatda olduğu yer üzrə fəaliyyət göstərən Quba Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Şikayət verən X3 şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, qeyd olunan avtomobili idarə etmək üçün adına avtomaşının sahibi tərəfindən verilmiş etibarnamə ləğv olunmamış, hazırda həmin nəqliyyat vasitəsini başqa biri idarə edir, lakin, sonuncu etibarnamə ona verildiyi üçün, cərimə ona yazılıb. O **-UY-*** olan “SHACMAN” markalı nəqliyyat vasitəsini Qaradağ rayonunda işlədiyi zaman idarə etmişdir, lakin 2024-cü ilin aprel ayında həmin iş yerindən çıxaraq Quba rayonuna gələrək Quba rayon ərazisində işləyir, başqa bir avtomobili idarə edir və həmin gün də o Xaçmaz rayonu Yalama kəndinə daş daşımışdır. Avtomobilin sahibi də bu faktı təsdiq edə bilər. N. Qurbanov qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının yeri və vaxtı barədə şikayət verən şəxs X2, qərarından şikayət verilmiş orqana məlumat verilsə də, şikayət verən şəxs məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə işə, şikayət verən şəxsin, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdir Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X1 rayonu Səngəçal qəsəbəsində Vulkan karyeri adlanan ərazidən **-UY-*** dövlət qeydiyyat qeydiyyat nişanlı “SHACMAN” markalı nəqliyyat vasitəsilə 18 kub metr həcmində qarışıq süxur kütləsinin icazə sənədi olmadan yerin təkindən istifadə etməklə Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanə törətdiyinə görə 600 (altı yüz) manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında aparılacaq araşdırma haqqında və araşdırma aparılacaq tarixdə iştirak etmək üçün 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməyi, əks təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə X2 məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan göründüyü kimi, barəsində inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol tərtib olunmuş və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi əsasında inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə tətbiq edilmiş, 226,80 (iki yüz iyirmi altı manat səksən qəpik) manat məbləğində ziyan hesablanmışdır. Qəbul edilmiş həmin qərarın təsdiq olunmuş surəti icra üçün göndərilmiş, həmin məbləğ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.14-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində, yəni dərhal və yaxud cərimə qərarı qüvvəyə mindiyi gündən 5 iş gün ərzində ödənərsə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.13-cü maddəsinə əsasən cərimə qərarı qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin məbləğ ödənilmədikdə gecikdirilmiş hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanaraq qanunvəriclıklə müəyyən olunmuş qaydada tərtib olunmuş materiallar məcburi icra olunması üçün müvafiq icra və probasiya şöbələrinə təqdim ediləcəkdir. İş materiallarında olan ziyan hesablama cədvəlindən göründüyü kimi, **-UY-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobillə 18,0 m3 qarışıq süxur kütləsinin daşınması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 226,80 manat təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsasən, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. X3 qərarın ləğv edilməsi əsasını həmin gün ərazidə olmaması, etbarnamə əsasında başqa bir avtomobili idarə etməsi və həmin avtomobillə Xaçmaz rayonu Yalama kəndinə daş daşıması ilə əlaqələndirsə də, bununla bağıı hər hansı sübut təqdim etməmişdir. Səlahiyyətli orqan mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaqla inzibati xətanı törədən şəxsi müəyyən edilməsi mümükünlüyü üzrə nəticəyə gəldiyindən, şikayət təmin edilməməlidir. Qeyd olunanalara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar