Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-909/2023 08.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu , Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası DİN-in Quba rayon Polis şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədin surətindən görünür ki, Şəxs Xaçmaz rayonu, Bay- Oba kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. İXM-in 52.2-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir. Lakin hazırkı iş üzrə belə bir yazılı vəsatət mövcud deyildir. İXM-in 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barəsində qərardad şıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 118-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş materialları Xaçmaz Rayon Məhkəməsinə göndərilməsi üçün Quba rayon Polis şöbəsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-909/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-909/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver