Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-909/2024 07.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin TP ******* nömrəli, 29 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 ərizə ilə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin TP ******* nömrəli, 29 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi edilməsini xahiş etmişdir. 07.11-202-cü il tarixdə X1 ərizə ilə müraciət edərək şikayət ərizəsinin qaytarılmasını xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, şikayət ərizəsinin qaytarılması xahiş olunduğundan, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin TP ******* nömrəli, 29 oktyabr 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-909/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-909/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver