Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-91/2024 01.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X9 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ 17571325 nömrəli protokol əsasında qəbul edilmiş qərardan X12 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, AR Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 17571325 saylı protokol əsasında qəbul edilmiş inzibatı tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “VAZ 21099 minik” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6r. X10 qeyd edilən nəqliyyat vasitəsi ilə bağlı 30 sentyabr 2022-ci il tarixdə X3 hüququ olduqda idarə etmək, sərəncam vermək və digər səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişdir. Bundan sonra qeyd edilən VAZ 21099 minik markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil də X7 təhvil verilmişdir. Həmin etibarnamənin müddəti 30 sentyabr 2023-cü il tarixdə bitsə də, etibar edilən X11 avtomobili mülkiyyətçisi olan X8 geri qaytarmamış və hələ də heç bir hüququ olmadan idarə etməkdə davam edir. Nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Müslüm Ağayev onun oğludur. O, mülkiyyətçi kimi X7 etibarnamə verməzdən əvvəl həmin nəqliyyat vasitəsi ilə bağlı ona da, etibarnamə vermişdir və Elmar Qarayevin etibarnaməsi qüvvədən düşdükdən sonra VAZ 21099 minik markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı cərimələr ondan əvvəlki və qüvvədə olan etibarnamə əsasında avtomatik olaraq onun adına yazılmağa başlamışdır. Belə ki, hal-hazırda ona məlum olmuşdur ki, guya o, VAZ 21099 minik markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə, saat 10:52 radələrində Quba rayonu, Digah kəndi ərazisində Quba istiqamətində hərəkət edərkən hərəkət sürətini 10-20 km/ saat həddində aşmışdır. Bunun əsasında da o, xx.xx.2023-cü il tarixli, EQ18593018 protokol əsasında qəbul edilmiş qərarla Azərbaycan Respublikası İXM- nin 328.1-ci maddəsinə əsasən 10 manat məbləğində cərimə edilmişdir. Bundan sonra isə ona məlum olmuşdur ki, onun istifadəsində olmayan və onun tərəfindən idarə olunmayan VAZ 21099 minik markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 10-larla bu formada cərimə vardır ki, həmin elektron cərimələr hamısı onun adına tərtib edilmişdir. Həmin qərar qanunsuz və əsassızdır ona görə ki, həmin vaxt, o cümlədən hal- hazırda da avtomobil onda deyildir və avtomobili o, idarə etməmişdir. Avtomobilə dair ona etibarnamə verilsə də, avtomobil onda olmamış, qeyd edilən avtomobil X1. İnzibati xəta haqqında qərardan da göründüyü kimi qeyd edilən qərar elektron protokol əsasında tərtib edilmiş və yəqin ki, hərəkət sürətini aşma ilə bağlı inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin görüntülər ona təqdim edilməmişdir. Məhkəmə vasitəsilə qeyd edilən görüntülər alınarsa bir daha sübut olunar ki, avtomobili idarə edən şəxs o, deyildir. Məhkəmə iclasında X12 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş AR Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ 17571325 saylı protokol əsasında qəbul edilmiş inzibatı tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 17571325 saylı protokol əsasında qəbul edilmiş inzibatı tənbeh vermə haqqında qərardan görünür ki, X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 manat cərimə cəzası tətbiq edilmişdir. Lakin, inzibatı tənbeh vermə haqqında qərarın nömrəsi qeyd edilməmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X10 “VAZ 21099 minik” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili 01 (bir) il müddətinə yəni, xx.xx.2023-cü il tarixədək X7 etibar etmişdir. Göründüyü kimi inzibati xəta törədilən zaman avtomobil X2 olmamışdır. Bundan başqa, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Belə ki, qərarda işinə baxılan vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd edilməmiş, avtomobilin kim tərəfindən idarə edilməsi aydınlaşdırılmamış və işə baxılarkən müəyyən edilmiş hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 122.1-122.3-cü maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Azərbaycan Respublikasının İXM-nin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, EQ 17571325 saylı protokol əsasında qəbul edilmiş inzibatı tənbeh vermə haqqında qərardan X12 tərəfindən verilmiş şikayət təmin edilməli, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün AR Daxili İşlər Nazirliyi BDYPİ-nə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X12 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 17571325 saylı protokol əsasında qəbul edilmiş inzibatı tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-91/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-91/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver