Məhkəmə qərarları › İş №3(027)-91/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-91/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-91/2025 14.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, EQ 25504689 saylı qərarından verdiyi şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdi: X1 Rayon Məhkəməsinə şikayət verərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, EQ 25504689 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, X4 və Quba rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, şikayət X3 geri qaytarılmalıdır. Belə ki, şikayətdə xx.xx.2025-ci il tarixli qərarın X4 tərəfindən nə vaxt əldə edilməsi, qərardan şikayət vermə müddətinin ötürülüb-ötürülməməsi barədə məlumat qeyd olunmamış, həmçinin, həmin qərarın surəti şikayətə əlavə olunmamışdır. Qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, şikayət X3 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, qəraraaldı: X2 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, EQ 25504689 saylı qərarından verdiyi şikayət geri qaytarılsın. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar