Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-913/2025 24.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Quba rayonu Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, Quba rayonu Hacıqayıb kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə Quba rayonu, Hacıqayıb kəndində aralarında yaranan mübahisə zamanı gəlini Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Quba rayonu, Hacıqayıb kəndində aralarında yaranan mübahisə zamanı gəlini Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs döyülməsi izahat, ekspertiza rəyləri və təhqiqat sənədləri ilə təsdiq edilmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, oğlu Şöhrət və gəlini Günayla bir evdə yaşamağlanna baxmayaraq aralarında mütəmmadi mübahisələr olduğuna görə ayrı otaqda yaşayır. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində yaşadıqları evdə olduğu zaman Günay ona içərisində zibil olan vedrəni aynəbəndə qoymağını səbəb gətirərək mübahisə etməyə başlamış bu zaman Günay onu yerə yıxmış və sol göz nahiyyəsindən yumruqla vurmuşdur. Həmin vaxtı o da yerdən qalxmaq üçün və Günayı üzərindən uzaqlaşdırmaq üçün Günayı vurmuşdur. Bu hadisədən sonra o özünü narahat hiss etdiyi üçün evdən çıxaraq kənd ərazisinə getmiş və bu barədə polisə şikayət etmişdir.. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, qaynanası Mələkə onlarla yaşayır. Mələkə mütəmadi olaraq onlarla səbəbsiz yerə mübahisələr edir. xx.xx.2025-ci il tarixdə yaşadıqları evdə olduğu zaman təxminən saat 12 radələrində namaz qılmağa hazırlaşırmış, həmin vaxtı Mələkə içərisində zibil olan vedrəni onun namaz qıldığı yerə gətirib qoymuşdur. O Mələkəyə vedrəni oradan götürməsini deyən zaman aralarında mübahisə yaranmış və Mələkə onun üzərinə cırmaq ataraq əlində olan taxta parçası ilə onun sağ qol nahiyyəsindən vurmuş ağrının təsirindən o müvazinətini itirərək yerə yıxılmışdır. Yerdə olduğu zamanda Mələkə onun bədəninin müxtəlif nahiyyələrinə vurmağa başlamışdır. Həmin vaxtı o da Mələkəni üzərindən uzaqlaşdırmaq üçün sifət nahiyyəsinə vurmuşdur. Bu hadisədən sonra Mələkə evdən çıxaraq getmişdir. Aralarında olan mübahisənin yaşadıqları evin qonaq otağında baş verdiyini qeyd etmişdir. Orada o və Mələkədən başqa heçkəs olmamışdır. Şəxs ilə barışmamışdır. Barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” Publik hüquqi şəxsin Quba Rayon Şöbəsinin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 28 avqust 2025-cü il tarixli 591 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sifətin sağda və solda çoxlu sıynqlar, sağ bazunun aşağı 1/3-nin iç səthində qançır küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 27 avqust 2025-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi barədə 05 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutların və təhqiqat zamanı araşdırılmış halların Zərərçəkmiş şəxs qızma Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün kifayət etməsini nəzərə alaraq məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair yekun protokolu tərtib edilməsi və toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilsin, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan qərarın surəti onun barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollar müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, Şəxs döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran haların olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-913/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-913/2025
24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver