Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-914/2022 12.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 qızının katibliyi, Şikayət verən şəxs X5 iştirakı ilə, Səbail rayonu DYPŞ-nin 24 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ : X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Səbail rayonu DYPŞ-nin Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 tərəfindən onun barəsində tərtib olunmuş İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokol, TP ******* nömrəli, xx.xx.2022ci il tarixli qərar və onun əsasında tərtib olunmuş Azərbaycan Respublikasının İXP-nin 329.3-cü və 333.1-ci maddələri ilə inzibati protokolun və 400 (dörd yüz) manat məbləğində cərimənin ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 04:28 radələrində, Səbail rayonu DYPŞ-nin Yol Patrul Xidməti inspektoru polis baş serjantı X3 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXP-nin 329.3-cü və 333.1-ci maddələri ilə protokol tərtib edərək xx.xx.2022-ci il tarixdə İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixində X4 ərazisində maşında əyləşərək, içkili olduğuna görə, ailəsilə bərabər sükan arxasında (Nəqliyyat vasitəsini idarə etmədən) ayıq şəxsin sürücü qismində avtomobilini idarə etməsini gözləyərkən, YPX əməkdaşları yaxınlaşaraq birbaşa sərxoş olduğunu bildirmişdir. Sərxoş olmasına rəğmən nəqliyyat vasitəsini idarə etmədiyini, oturub ayıq şəxs gözlədiyini bildirməsinə baxmayaraq YPX əməkdaşı ona alkotesterlə test etməyi təkid etdilər. O, bu cihazın "Yol-patrul xidməti haqqında Təlimat" qaydalarının 5-ci hissənin 1-ci bəndinə uyğun olaraq cihazın texniki baxış vərəqəsini tələb etsə də bu tələbə məhəl qoymadan, bu tələbimi narazılıq əlaməti kimi qəbul edib onu alkotest vermək üçün C.Cabbarlı küçəsində yerləşən Narkoloji test mərkəzinə apardılar. Mübahisə etməmək üçün onlarla getməyə razılaşmışdır. Əlbətdəki sərxoş olduğunu əvvəldən bildirmiş və test nəticəsində də özünü göstərmişdir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalar”-nın 3.5-ci bəndinə və "Yol-patrul xidməti haqqında Təlimat" qaydalarının 8-ci hissənin 17-ci bəndində qeyd olunduğu kimi, tərtib olunan sənədin digər surəti tərtib edilən şəxsə verilməlidir. Amma ona heç sənəd təqdim edilməmişdir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nda nəqliyyat vasitəsini hökmən cərimə meydançasına aparılması ilə bağlı bənd olmadığı təqdirdə, alkotestin nəticəsi çıxdıqdan sonra ayıq sürücü çağırıb nəqliyyat vasitəsini yaşadığı ünvana aparmaq istəsə də ypx əməkdaşları təkidlə cərimə meydançasına aparmış və 06 avqust tarixindən 08 avqust tərixinədək orada saxlamışlar. Tərtib edilmiş protokolda inzibati xətalar məcəlləsinin 333.1-ci bəndindən (nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə İdarə edilməsi) əlavə 329.1-ci maddəsi də (işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması) qeyd olunmuşdur. Halbuki YPX əməkdaşları ona yaxınlaşan zaman nəqliyyat vasitəsi hərəkətsiz halda və heç bir səs və işıq cihazından istifadə edilməmişdir. Onun əməlində İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.1-ci maddəsinin tərkib hissəsi olmamışdır. Ona görə də xx.xx.2022-ci il tarixli qeydə alınmış protokol və xx.xx.2022-ci il tarixli qərarla razı deyildir. Məhkəmə iclasında şikayət verən şəxs X7 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, ona protokol yazılan vaxt spirtli içki qəbul etmişdir. Lakin o, avtomobili idarə etməmişdir. Avtomobildə oturub ayıc sürücü gözləmişdir. Avtomobilin yerini isə dostu dəyişmiş o, da yan oturacaqda oturmuşdur. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Səbail rayonu DYPŞ-nin 24 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayəttəmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Səbail rayonu DYPŞ-nin 24 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 06 avqust 2022-ci il tarixdə saat 04:28 radələrində idarə etdiyi “HYUNDAİ İ120” minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrndə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X7 barəsində Səbail rayonu DYPŞ-nin 24 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrinin tələblərinə riayət etməyərək, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmuşdur. Ona görə də Səbail rayonu DYPŞ-nin 24 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Səbail rayonu DYPŞ-nin 24 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-914/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-914/2022
12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver