Məhkəmə qərarları › İş №3(027)-914/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-914/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-914/2024 01.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, İş üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Quba rayonu, İ Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, evli, işləməyən, Quba rayonu, İ Nügədi kəndində kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxil olmuş MN ******* nömrəli, 01 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)- 483/2021 saylı və xx.xx.2024-cü il tarixli, 2(027)-600/2024 saylı icra sənədlərini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclsında bildirmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-483/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Quba Rayon Məhkəməsinin 2(027)-2813/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırki qətnamənin qanunu qüvvəyə minəcəyi tarixən başlayaraq borcu Şəxs hər uşaq üçün hər ay 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs X2 xəstəlik xərcləri ilə əlaqədar 50 manat sabit pul məbləği alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs 30 manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(027)-600/24 saylı icra vərəqəsinə əsasən Quba Rayon Məhkəməsinin 2(027)-903/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, borclu Şəxs hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment borcu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs 60 manat ilkin mediasiya prossesi üçün ayrılmış pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs 30 manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Eyni borclu Şəxs barəsində olan hər iki icra sənədi ümumi icraatda birləşdirilmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınardaşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə borclu Şəxs aliment borcu üzrə bugünədək hər iki qərar üzrə ümumilikdə 950 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, o alimenti vaxtlı-vaxtında ödəyir, başqa maddi köməkliklər də edir, hazırda borcu yoxdur. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs ona 950 manat aliment borcu var, borcunu ödəməkdən boyun qaçırır. Aliment uşaqıların haqqıdır. Alimenti tələb edir. Borcunun ödənilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)- 483/2021 saylı icra vərəqəsinə əsasən İddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş 22 sentyabr 2015-ci il tarixdə anadan olmuş X2 və 02 sentyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-2813/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq cavabdeh Şəxs hər uşaq üçün hər ay 140 olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi, borclu Şəxs xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 xəstəlik xərcləri ilə əlaqədar hər ay 50 manat pul tutularaq, tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-600/2024 saylı icra vərəqəsinə əsasən, Quba Rayon Məhkəməsinin 2(027)-903/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, borclu Şəxs hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment borcu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi, borclu Şəxs 60 manat ilkin mediasiya prossesi üçün ayrılmış pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-483/2021 saylı icra sənədi xx.xx.2021-ci il tarixində icra məmuru Vahid Məmmədovun icraatına daxil olmuşdur. “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-600/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixində icra məmuru Vahid Məmmədovun icraatına daxil olmuşdur. Hər iki icra sənədi üzrə tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildirişlər göndərilmiş və bildirişin alınması barədə xəbərnamə materiala əlavə olunmuşdur. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)- 483/2021 saylı icra sənədi və Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-600/2024 saylı icra sənədi eyni borclu barəsində olan icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən bir icraatda birləşdirilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədi üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə, habelə icra sənədini icra etmədiyindən müvafiq məsuliyyətə cəlb edilməsinə baxmayaraq, o icra sənədini icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 01 noyabr 2024-cü il, saat 15:00dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 01 noyabr 2024-cü il, saat 15:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar