Məhkəmə qərarları › İş №3(027)-915/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-915/2021

15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-915/2021 15.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gümrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 502-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Azərbaycan Respublikası Dövlət Gümrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Quba rayonu, Vladimirovka kəndində yerləşən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 502-ci maddəsinə əsasən inzibati xəta törətməsi faktı aşkarlanmış, bu barədə 25 oktyabr 2021-ci il tarixdə N 10000-0009/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol baxılmaq üçün Quba Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan sənəd 03.11.2021ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər sənədlərini aldığı vaxtdan 15 (on beş) gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 15 noyabr 2021-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gümrük Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Dövlət Gümrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən tərtib edilmiş 25 oktyabr 2021-ci il tarixdə N 10000-0009/21 saylı inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərdən görünür ki, Qərb Ərazi Bas Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında hüquqi ünvanı Quba rayonu, Vladimirovka kəndi olan Şəxs MMC (VÖEN:**********) tərəfindən 23.06.2021-ci il tarixli, **********928S nömrəli gömrük bəyannaməsi əsasında Almaniya Federativ Respublikasında fəaliyyət göstərən “Croniment Leqierunqen GmbH” şirkətinə ixrac edilməsi məqsədilə ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş malların olduğu SD200LQ/VWV190V nömrə nişanlı yük nəqliyyat vasitəsinə 25.06.2021-ci il tarixində Qərb Ərazi Bas Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda keçirilmiş baxış zamanı həmin nəqliyyat vasitəsinin üzərində olan EGHU9426216 nömrəli konteynerdə Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2001-ci il tarixli, 457 nömrəli “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması” barədə Fərmanın təsir dairəsinə aid edilən və XİF MN-nın ********** kodu ilə bəyan edilməli olan 26500 kq. çəkidə metal qırıntı və tullantılar aşkar edilmişdir və nəticədə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 502-ci maddəsinə əsasən inzibati xəta törətməsi faktı aşkarlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 502-ci maddəsinə əsasən barəsində qanunvericiliklə müəyyən edilən ticarət siyasəti tədbirləri və digər məhdudiyyətlər tətbiq edilən malların və ya nəqliyyat vasitələrinin, həmin tədbirlərin və məhdudiyyətlərin müəyyən olunmuş tətbiqi qaydası pozulmaqla, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə görə-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. İş materialında olan Dövlət Gömrük Komitəsi X1 İdarəsinin 07.2021-ci il tarixli, 2200-017/001- 25/003464 nömrəli məktubuna əsasən 200LO/WW190V nömrə nişanlı yük nəqliyyat vasitəsinin üzərində olan EGHU9426216 rəli konteynerdə aşkar edilmiş metal məmulatların Azərbaycan Respublikası Prezidentinin aprel 2001-ci il tarixli, 457 nömrəli “Qara və əlvan metal qırıntı və tullantıları ixracının 'vəqqəti dayandırılması” barədə Fərmanının təsir dairəsinə aid edilir və XİF MN üzrə 04499000 təsnifat kodu altında sinifləşdirilir. İş materialında olan sənədlərdən görünür ki, 26500 kq çəkidə metal qırıntı və tullantıların invoys dəyəri 26500 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası ərazisində metallurgiya sənayesi müəssisələrinin xammal bazasının möhkəmləndirilməsi və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə “qara və əlvan metal qırıntı və tullantılarının ixracının müvəqqəti dayandırılması”nın qərara alınması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 aprel 2001-ci il tarixli, 457 nömrəli Fərman verilmiş və həmin Fərman imzalandığı tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Göründüyü kimi iş üzrə toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 502-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Məhkəmə Şəxs MMC-nin törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, maliyyə və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq qeyd edir ki, Şəxs MMC-nə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 502-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyekti olmuş 26500 kq çəkidə metal qırıntı və tullantıların dəyərinin 30 (otuz) faizi cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 502, 109-112 və 113- 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Quba rayonu, Vladimirovka kəndində yerləşən Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 502-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 26500 kq. çəkidə metal qırıntı və tullantıların dəyərinin 30 (otuz) faizi məbləğində, yəni (26.500 x 30 %) ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla cərimə olunsun. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar