Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-915/2025 06.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 xx.xx.2025-ci il tarixli, EQ 28242703 saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X6 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, əsassız olduğuna görə DİN BDYPİ-nin rəis müavini, polis polkovnik- leytenantı Pərvin Səfərəliyevin xx.xx.2025-ci il tarixli EQ 28242703 № li qərarı ləğv edilməklə barəsindəki inzibati xəta üzrə icraata xitam verilməsini, hazırkı inzibati xəta üzrə şikayət etmə müddətinin bərpa edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 29 may 2025-ci il tarixdə o, Quba rayon PŞ DYPB-nin əməkdaşları tərəfindən AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində olan, BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülmüş material əsasında AR DİN BDYPİ-nin rəis müavini polis polkovnik-leytenantı Pərvin Səfərəliyevin həmin tarixli EQ 28242703 № li qərarı ilə inzibati tənbeh tədbiri qismində 400 manat məbləğində cərimə olunmuşdur. Güya o xx.xx.2025-ci il tarixdə saat 19-36 radələrində Quba şəhərinin Maksim Qorki küçəsində istifadəsində olan CHEVROLET CRUZE MİNİK markalı 10HY174 dövlət qeydiyyat nişanlı avtomaşını qadağan olunmuş yerdə saxlamaqla durma qaydalarını pozmuşdur. Həmin inzibati xətanı o törətməmişdir. Belə ki, əvvələn, göstərilən avtomaşın Quba şəhər sakini X4 (***-***-**-**) məxsusdur və etibarnamə əsasında o, ona və ondan başqa daha bir nəfərə -Quba şəhər sakini X3 (***-***-**-**) da idarəetmə hüququ vermişdir. Yəni ondan başqa həmin avtomaşını daha 2 nəfər-avtomaşının mülkiyyətçisi və digər istifadəçi də idarə edə bilərdilər və qadağan olunmuş yerdə saxlaya bilərdilər. Avtomaşının idarə edilməsi hüququ X3 ondan qabaq verilmişdir, yəni avtomaşının sonuncu istifadəçisi o olmuşdur. Digər tərəfdən, o 2024-cü ilin dekabr ayından avtomaşın idarə etmir. Çünki həmin vaxtdan avtomaşını idarə etmək hüququ Quba rayon Məhkəməsinin qərarı ilə 6 ay müddətinə məhdudlaşdırılmışdır. Bunu avtomaşının mülkiyyətçisi və digər istifadəçisi də bilirlər. İkincisi, onu da qeyd etmək istəyir ki, inzibati xətanın aşkar edildiyi vaxt, yəni xx.xx.2025-ci il tarixdə avtomaşın digər istifadəçi Quba şəhər sakini X1 istifadəsində olmuş və onun tərəfindən idarə olunmuşdur. Bunu o, özü də etiraf edir ki, avtomaşını qadağan olunmuş yerdə, Quba şəhərinin Maksim Qorki küçəsində o, saxlamışdır, o nahaq yerdə cərimə olunmuşdur. Yəqin avtomaşının etibarnamə əsasında sonuncu istifadəçisi özü olduğuna görə, sürücü olmadığından qayda pozuntusunu törədən şəxs kimi o qeydə alınmışdır. X7 idarə etdiyi avtomaşının durma qaydasının pozulmasına görə onun adına xx.xx.2025-ci il tarixdən 400 manat cərimə tənbehi tətbiq olunması və üzərinə 240 manat da dəbbə pulu da gələrək cəmi 640 manat dövlətə ödəniləcək borcunun yaranması, avtomaşının saxlanılaraq cərimə meydançasına qoyulmalı olması barədə YPX əməkdaşları Məhərrəm Məmmədova xəbərdaredici məlumat vermiş, o da öz növbəsində mobil telefonuna daxil olub yoxlama aparmış, burada olan SMS-xəbəri çıxararaq 16 sentyabr 2025-ci il tarixdə ona ötürmüşdür. Həmin vaxtdan da onun məlumatı olmuşdur ki, xx.xx.2025-ci il tarixdən adına etmədiyi inzibati xətaya görə cərimə cəzası mövcuddur. Buna görə də məhkəməyə şikayət etmək üçün xx.xx.2025-ci il tarixdə DYP tərəfindən barəsində qəbul edilmiş qərarın surətini və yol polisinin qayda pozuntusunu əks etdirən fotoçəkilişini Quba RPŞ DYPB-dən götürdü və məhkəməyə şikayət etdi. Üçüncüsü, DYP tərəfindən onun barəsində qəbul edilmiş qərarın əsassız olması bir də onunla təsdiq olunur ki, Quba rayon PŞ-nin DYPBdən götürdüyü qərarda, güya onun törətdiyi inzibati xəta, durma qaydalarının pozulması kimi AR İXM-nin 346.1-ci maddəsilə tövsif olunmuş və buna görə qanunda 20 manat cərimə cəzası nəzərdə tutulduğu halda, səhv olaraq 400 manat cərimə cəzası tətbiq olunmuş, avtomaşının digər istifadəçisi X1 mobil telefonunda isə eyni inzibati xətanın tamam başqa məzmunlu inzibati xəta kimi AR İXM-nin 332.3-cü maddəsi ilə (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) tövsif olunmuşdur. Yuxarıda qeyd olunanlardan aydın olur ki, təsvir olunan inzibati xətaya görə DİN-in BDYPİ tərəfindən barəsində qəbul edilmiş 29 may 2025-ci il tarixli EQ 28242703 № li qərarı əsassızdır və ləğv olunmalıdır. Onun barəsində qəbul edilmiş qərar da 29 may 2025-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, həmin qərar barədə ona nə AR İXM-nin 57-ci, nə də 126.1-ci maddəsində göstərilmiş qaydada məlumat verilməmişdir. Qərardan yalnız xx.xx.2025-ci il tarixdə X5 tərəfindən SMS-xəbərin onun mobil telefonuna ötürülməsi zamanı məlumatlanmışdır. Ona görə də hesab edir ki, DYP-nin qərarından gec şikayət verilməsi məhkəmə tərəfindən üzürlü hesab edilməli, şikayət müddəti bərpa olunmalıdır. Məhkəmə iclasında X6 şikayəti müdafiə edərək, 2024-cü ilin dekabr ayından avtomaşın idarə etmədyini, cərimədən xəbəri olmadığını, inzibati xətanın aşkar edildiyi vaxt, xx.xx.2025-ci il tarixdə avtomaşın digər istifadəçi Quba şəhər sakini X1 istifadəsində olduğunu və onun tərəfindən idarə olunduğunu bildirmiş, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28242703 saylı qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 28242703 saylı elektron qərar qəbul edilmiş və həmin qərara əsasən 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X6 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 28242703 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilməli və inzibati iş, X2 ərizəsində nəzərdə tutulmuş xususatlar nəzərə alınaraq yenidən araşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 28242703 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-915/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-915/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver