Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-919/2022 03.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 qızının katibliyi, Zərərçəkmiş şəxs nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1995-ci ildə Qobustan rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qobustan rayonu, Təklə kəndində qeydiyyatda olan və yaşayan (X7 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 2022-ci ilin fevral ayında 44 manat, mart ayında 180 manat, aprel aynda 180 manat Zərərçəkmiş şəxs məxsus “Kapitalbank” kartından ələ keçirmişdir. Bununla bağlı Quba RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 02 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli protokol materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 2022-ci ilin fevral ayında 44 manat, mart ayında 180 manat, aprel aynda 180 manat Zərərçəkmiş şəxs məxsus “Kapitalbank” kartından ələ keçirmişdir. Əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs olan borcunu qaytarmışdır. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmdə Zərərçəkmiş şəxs nümayəndəsi X3 bildirdi ki, bacısı Zərərçəkmiş şəxs hal-hazırda Quba rayon X2 stasionar müalicədədir. Onun xəstəliyi ilə əlaqədar ona təyin olunmuş pensiya kartından çıxarılmış ziyan ona tam şəkildə ödənilmişdir. Ona görə də Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin İTB-nin sahə rəisi X4 protokolda göstərilənləri təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X10 tərəfindən qəbul edilmiş 20 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 6768 6755 9684 4850 nömrəli “Kapitalbank” kartından fevral ayında 44 manat, mart ayında 180 manat, aprel aynda 180 manat pul talamış təhqiqata şəxsiyyəti məlum olmayan şəxsin gələcəkdə şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Quba rayon X1 03 sentyabr 2022-ci il tarixli, 1519 nömrəli məktubundan görünür ki, Quba rayonunun Alekseyevka kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olmaqla yaşayan xx.xx.1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs halhazırda Quba rayon PNRM-də stasionar müalicədədir. Məhkəmə iclasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Şəxs 404 (dörd yüz dörd) manat pulu Zərərçəkmiş şəxs nümayəndəsi X5 ödəmişdir. İş materiallarında olan X6 tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, o, Şəxs ilə barışmışdır, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmadığını nəzərə alaraq, yuxarıda göstərilən qanun normalarına əsasən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-919/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-919/2022
03.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver