Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-919/2025 01.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakimi Kamilli Günel Hakim qızı, X1 inzibati tənbeh vermə haqqında 07 iyul 2025-ci il tarixli qərardan şikayətini nəzərdən keçirib, müəyyən etdim: X3 şikayət ərizəsilə müraciət edərək 07 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, 07 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, sözügedən qərardan şikayəti məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Həmçinin, şikayətçi şikayət ərizəsinin forma və məzmuna riayət etmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər Beləliklə, məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayət verilməsi üçün müəyyən edilmiş 20 günlük müddətin buraxılmasına görə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmin qərardan şikayət verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətlə birlikdə məhkəməyə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilməldir. Şikayətçinin nəzərinə çatdırılır ki, müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim tərəfindən bərpa edilə bilər. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X1 inzibati tənbeh vermə haqqında 07 iyul 2025-ci il tarixli qərardan şikayəti icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qeyd edilən qərardan şikayət verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətlə birlikdə məhkəməyə şikayət etmək hüququnun olması X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-919/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-919/2025
01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver