Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-920/2025 16.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə, X2 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərardan verilmiş şikayətə baxaraq məhkəmə, müəyyənetdi: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində tərtib edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, barəsində 23 sentyabr 2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar qəbul edilərək bildirilmişdir ki, guya o İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Həmin vaxt O svetoforun yaşıl işığından keçərək yoluma davam etmək istədikdə YPX inspektoru nəqliyyat vasitəni durduraraq qeyd etdi ki, o, qırmızı işıqda keçmişdir. Buna etiraz etdikdə isə o, ona bildirdi ki, maşını idarə etmək üçün etibarnaməsi yoxdur, buna görə də, nəqliyyat vasitəsi cərimə meydançasına aparılmalıdır. Nəticədə həmin əsassız iddialara cavab verdikdən sonra o yoluna davam etdi. Sonradan məlum olmuşdur ki, barəsində belə bir əsassız və heç bir əsaslandırma aparılmadan qərar qəbul olunmuşdur. Hətta, qərarda maddələrdən başqa heçnə göstərilməmişdir (İXM-nin 115.1.4-cü maddəsinə zidd olaraq). Qərardan da görünür ki, işə baxılarkən hər hansı hal (inzibati xəta hadisəsi) müəyyən edilməmiş, lakin əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə olunmuşdur. Bundan başqa, o, inspektorun iddia etdiyi hallara etiraz etsə də, o, buna məhəl qoymadan birbaşa qərar qəbul etmişdir. Halbuki, qanunvericiliyə əsasən vətəndaşın etirazı olduqda protokol əsasında birbaşa qərar qəbul edilməsi yolverilməzdir və həmin məsələyə yuxarı rəhbərlik tərəfindən mənim iştirakımla baxılaraq qərar qəbul edilə bilərdi. Həmçinin, bildirir ki, o heç bir qanun pozuntusuna yol verməmiş və belə bir inzibati xəta törətməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Quba RPŞ DYPİ əməkdaşı protokolu tərtib edən İbişov Anar izahat verərək bildirmişdir ki, nəqliyyat vasitəsinin sürücüsü baş yolla hərəkət edən nəqliyat vasitələrinə yol verməmiş, beləliklə də yol hərəkət qaydalarını pozduğundan digər hərəkətdə olan nəqliyyat vasitəsi sürücülərinə də maneə yaratmışdır. Şikayət vermiş və protokolu tərtib etmiş şəxsi dinləyib və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən görünür ki, X3 23 sentyabr 2025-ci il tarixdə Quba şəhəri, H.Əliyev prospektində yolayrıcı keçmə qaydalarını pozmuşdur. Tətbiq edən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinə əsasən: İ. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. İİ. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76- cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 nümyəndəsi inzibati xəta törətmədiyini qeyd etsə də onu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, halbuki məhkəmə hesab edir ki, video görüntüyə əsasən şəxs tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsi təsdiqini tapır. Məhkəmə qeyd edir ki, sürücü yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə diqqətini daim dəyişən yol şəraitindən ayırmamalı, hərəkəti ilə digər iştirakçılara təhlükə yaratmamalı, yalnız bundan sonra hərəkətini davam etdirməli idi. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, baş yol istiqamətindən gələn nəqliyyat vasitələrinin hərəkəti N.Şəfiyev tərəfindən yoldakı vəziyyəti dərk etməsi üçün kifayət edə bilərdi. N.Şəfiyevin hərəkəti nəticəsində hər iki istiqamətdə axın edən nəqliyyat vasitələrinin həəkətinə aşkar maneə olduğu görünür. Məhkəmə iclasında təqdim edilmiş videodiskə baxış keçirilərkən məlum olmuşdur ki, X3 baş yol istiqamətində hərəkət edən nəqliyyat vasitəsinə yol vermədən hərəkətini davam etdirmişdir. Buda onu göstərir ki, X3 qərarda göstərilən inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-920/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-920/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver