Məhkəmə qərarları › İş №3(027)-922/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-922/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-922/2021 05.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Quba rayonunun Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Cəlilabad rayonunun Göytəpə kəndində qeydiyyatda olan və Quba rayonunun Zərdabi kəndində yaşayan (X3 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 334.3-cü maddələri ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Quba rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 15 iyun 2021-ci il tarixdə, saat 00:20 radələrində sürücülük vəsiqəsi və etibarnamə olmadan, etibarnamə ilə qardaşı X4 adına olan “Vaz 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə 120 km/saat sürətlə idarə edərək Quba şəhərinin H.Əliyev prospekti ilə Camo bəy Hacınski küçəsinin kəsişməsindəki işıqforun qırmızı işığında dayanmadan kəsişməyə daxil olub, işıqforun yaşıl işığında Camo bəy Hacınski küçəsi ilə H.Əliyev prospektinə daxil olan X2 etibarnamə və “BC” dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Vaz 21154” markalı, **-NV-*** dövlət-qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə hər iki avtomobil əzilmiş, özü və “Vaz 21154” markalı, **- NV-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan 2011-ci il təvəllüdlü X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almışlar. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin YPX-nin inspektoru X6 tərəfindən Şəxs barəsində 04 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 334.3-cü maddələri ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 15 iyun 2021- ci il tarixdə, saat 00:20 radəsində, idarə etdiyi “Vaz 2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərinin H.Əliyev prospekti ilə köhnə avtovağzal tərəfdən Asan Xidmət Mərkəzi tərəfə, Bakı şəhəri istiqamətində hərəkət etmiş, “Qafqaz Oil” YDM-nin qarşısındakı yol ayrıcında olan işıqforun qırmızı işığı yansa da yolun boş olduğunu görüb saxlamadan hərəkətini davam etdirmişdir. Həmin vaxt avtomobilinin sürəti 120 km/saat olmuşdur. Yol ayrıcını keçərkən sağ tərəfdən, işıqforun yaşıl işığında onun tərəfə gələn “Vaz 21015” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmişdir. Həmin avtomobili görəndə məsafə çox az olmuş və həmin avtomobillə toqquşmamaq üçün sükanı sağa döndərsə də sürəti çox olduğundan toqquşmadan yayma bilməmişdir və nəticədə avtomobilinin qarşısı həmin avtomobilin sağ qabaq tərəfinə dəymişdir və onun avtomobili damı üstə aşıb asfaltla sürünüb dayanmışdır. Avtomobilində tək olmuş, yüngül xəsarətlər almış, tez düşüb qarşı avtomobilə yaxınlaşmışdır. Həmin avtomobildə ailə-uşaq olmuş, təkcə bir uşaq yüngül xəsarət almışdır. Həmin avtomobilin sürücüsü Vüqarla əvvəllər tanışlığı olmamışdır. Hadisədən qabaq spirtli içki pivə içdiyindən sərxoş olmuşdur. Hadisədə özünü təqsirli bilir. Avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Quba Rayon Polis Şöbəsinin nümayəndəsi üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 15 iyun 2021-ci il tarixli sərxoşluq vəziyyətini təyin edən müayinənin arayışından görünür ki, Şəxs alkoqolun qəbulu miqdarı 4.177 promil təşkil edir. İş materiallarından görünür ki, Şəxs müharibə zamanı qəlpə yarası almaqla, Qarabağ qazisi olmuşdur. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Məhkəmə hesab edir ki, iş materiallarından da göründüyü kimi, cinayət işinin başlanması 25 iyun 2021-ci il tarixdə rədd edilmiş, inzibati xəta haqqında protokol məhkəməyə 05 noyabr 2021-ci il tarixdə daxil olmuş və hazırda qərarın qəbul edilməsindən 3 aydan çox vaxt keçmişdir. Ona görə də inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1 və 334.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası DİN-nin Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 334.3-cü maddələri ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar