Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-924/2025 06.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokola əsasən Şəxs MMC-də (VÖEN: **********) 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmaması müəyyən edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Şəxs MMC -yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmiş, habelə vəsatət daxil olmamışdır. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 464-cü maddəsinin tərkib əlamətləri olmadığından, Cəmiyyətin məsuliyyətə cəlb etmə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli bildirişinə əsasən, Şəxs MMC-də 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmaması ilə bağlı Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə xx.xx.2025-ci il tarixdə, saat 12:55-da Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı barədə MMC-yə bildiriş göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 28 oktyabr 2025-ci il tarixli 3(027)-924/2025 nömrəli işlə bağlı Şəxs MMC-nin (VÖEN:**********) “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölügüsü meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarına uyğun olaraq hansı sahibkarlıq subyektinə aid olmasına dair müraciətinizə cavab olaraq bildiririk ki, sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi zamanı Mikro Sahibkar: İşçilərinin orta siyahı sayı 1-10 nəfər, İllik gəliri 200 min manatadək Kiçik sahibkar: İşçilərinin orta siyahı sayı 11-50 nəfər, İllik gəliri 200 min manatdan-3 milyon manatadək Orta sahibkar: İşçilərinin orta siyahı sayı 51-250 nəfər, İllik gəliri 3 milyon manatdan-30 milyon manatadək İri sahibkar: İşçilərinin orta siyahı sayı 251 və ondan yuxarı, İllik gəliri 30 milyon manat və böyük Şəxs MMC-nin (VÖEN:**********) 2024 cü il üzrə Muzdlu işlə əlaqədar Vahid bəyannamə və İllik gəlirlə bağlı Mənfəət vergi bəyannaməsin təqdim etməmişdir. Mənfəət Vergisi üzrə xx.xx.2025 ci il tarixli **********746200 nömrəli qərarla Analoji hesablama aparılmışdır. Hesablamaya əsasən Cəmiyyətin illik dövriyyəsi 1 692 950 manat olmuşdur.İllik dövriyyə məbləğinə əsasən Şəxs MMC-nin (VÖEN:**********) Kiçik sahibkarlıq subyektinə aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsnə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. “Audit xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Həmin qanunun 3-cü maddəsinə əsasən təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir. Qanunvericiliyin tələblərinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Göründüyü kimi qanun normasında mikro və kiçik sahibkarlıq subyektlərinə sözügedən öhdəlik həvalə edilməmişdir. Hazırki iş üzrə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sorğuya verilmiş cavabdan müəyyən olunur ki, Şəxs MMC kiçik sahibkarlıq subyektinə aid edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC kiçik sahibkarlıq subyekti olduğundan, sözügedən hüquqi şəxsin əməlində inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105. 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibi olmadığından, həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-924/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-924/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver