Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-929/2021 12.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakı ilə xx.xx.2001-ci ildə Quba rayonu Qonaqkənd qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Quba rayonu Qonaqkənd qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 12.11.2021-ci il tarixdə, saat 12:59 radələrində idarə etdiyi “VAZ 21061” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla avtoxuliqanlıq hərəkətləri etmişdir. Bu barədə Quba RPŞ-nin DYPB-nin əməkdaşı X2 tərəfindən 12 noyabr 2021-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 12.11.2021-ci il tarixdə, saat 12:59 radələrində atasına məxsus “VAZ 21061” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba rayonu, Qırmızı qəsəbədə avtomobili idarə edərkən ziqzaqvari, manevrlər edərək hərəkətini davam etdirmiş, video çəkib sosial şəbəkədə paylaşmışdır. Etdiyi avtoxuliqanlıq hərəkətlərinin həm özü, həm də ətrafdakı vətəndaşlar üçün təhlükəli olduğunu hal-hazırda dərk etmişdir. İnzibati xəta törətməsini etiraf edir, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli İXM-nin 511.1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görəinzibati məsuliyyət nəzərdə tutur. Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İnzibati xəta törətməsini etiraf edib, bu xətanın törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 112-115, 117, 125- 126, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 12 noyabr 2021-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-929/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-929/2021
12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver