Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-932/2021 12.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən erdi: Şəxs Quba Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(027)-1259/2021 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə protokol tərtib edən şəxs X7 göstərdi ki, Quba Rayon Məhkəməsinin 16.06.2021ci il tarixli, 2(027)-1259/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X1 olan ** EU *** dövlət nömrə nişanlı, “MİTSUBİSHİ PAJERO MİNİK” markalı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 6000 manat məbləğində və ** EU *** dövlət nömrə nişanlı, “MİTSUBİSHİ PAJERO MİNİK” markalı avtomobilinin qiymətləndirilməsinə görə ödənilmiş 50 manat məbləğində pul alınaraq iddiaçıya verilməli və iddiaçı X6 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı X3 ödənilməlidir. Bu gün, borclu R.Bəxtiyarov 1600 manat ödəniş edib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək, bildirdi ki, ödəniş etmək istəyir, lakin maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Hazırda borcundan 1600 manat ödəniş etmişdir və gələcəkdə qısa zamanda qalan borcunu tam ödəyəcəyini bildirdi. Məhkəmə iclası zamanı müəyyən edildi ki, borclu Şəxs Quba Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(027)-1259/2021 saylı icra sənədi üzrə tələbkar X3 borcundan 1600 manat məbləğində ödəniş etmişdi. İşə əlavə edilmiş Quba Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(027)-1259/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs iddiaçı X1 olan ** EU *** dövlət nömrə nişanlı, “MİTSUBİSHİ PAJERO MİNİK” markalı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 6000 manat məbləğində və ** EU *** dövlət nömrə nişanlı, “MİTSUBİSHİ PAJERO MİNİK” markalı avtomobilinin qiymətləndirilməsinə görə ödənilmiş 50 manat məbləğində pul alınaraq iddiaçıya verilməli və iddiaçı X6 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı X3 ödənilməlidir. Məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, Quba Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(027)-1259/2021 saylı icra sənədi üzrə, tələbkar X3 verilməsi üçün Şəxs 1600 manat məbləğində pul təhvil alınıb və barədə qəbzi imza ilə təsdiq edib. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-932/2021 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkib olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri, Şəxs borcundan müəyyən hissəni ödəniş etməsini nəzərə alaraq, məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-932/2021 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105. 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-932/2021 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-932/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-932/2021
12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver