Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-933/2024 25.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 və inzibati xəta haqqında protokol tərtib edən şəxs X4 iştirakı ilə, X2 inzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2024-cü il tarixli qərardan verilmiş şikayətə baxaraq, müəyyənetdim: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Quba RPŞ DYX-nin 10 sentyabr 2024-cü il tarixli, TP ******* saylı, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmağı barədə qərarın ləğv edilməsi haqqında qərar qəbul ediməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 11 noyabr 2024-cü il tarixində BDYPİ Xaçmaz RQİ və TBŞ-də istifadəsində olan VAZ 21124 MİNİK markalı, ** BV *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini adına qeydiyyata alınması üçün müraciət etdikdə, həmin idarədən tələbəbi barəsində inzibati xəta haqqında protokol və qərar olduğu bildirildi. Bununla əlaqədar Quba YPX-nə müraciət etdi, 12 noyabr 2024-cü il tarixində qeyd olunan qərarın və protokolun surətlərini aldı. Həmin protokol və qərardan ona məlum oldu ki, barəsində Quba rayonu YPX inspektoru polis kiçik serjantı X5 tərəfindən 10 sentyabr 2024-cü il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur və 10 sentyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar verilmişdir. Həmin qərara əsasən barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh tətbiq edilmişdir. Göstərilən qərar və protokol barədə ona heç bir məlumat verilməmişdir. Hesab edir ki, onun barəsində çıxarılmış həmin qərar əsassız və qanunsuzdur, bu qərar ilə razılaşmır. Bildirir ki, onun tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir, bu qərar heç bir əsas və sübut olmadan çıxarılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş, barəsində əsasız olaraq protokol və qərar tərtib olunmuşdur, hazırki şikayətçi olduğu inzibati qərarla tətbiq edilmiş inzibati cərimə məbləğini iş məhkəməyə veriləndən bir gün sonra ödədiyini bildirmiş şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən şəxs X5 bildirdi ki, protokolu o tərtib etmişdir. X3 həmin protokla imza etməkdən imtina etmişdir. Şikyəti əsssız hesab edir və rədd olunmasını xahiş edir. Şikayət verən şəxsi və protokul tərtib edən şəxsi dinləyib, şikayət ərizəsində qeyd olunanlara (“ASAN PAY” ödəniş sistemindən çıxarışdan da görünür ki, X3 barəsində olan TP ******* saylı xx.xx.2024-cü il tarixli qərar üzrə cərimə və dəbbə pulunu ödəmişdir. Buda onu göstərir ki, X1 qərarla razıdır) və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X2 Quba RPŞ DYX-nin 10 sentyabr 2024-cü il tarixli, TP ******* saylı, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmağı barədə qərarın ləğv edilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X2 Quba RPŞ DYX-nin 10 sentyabr 2024-cü il tarixli, TP ******* saylı, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmağı barədə qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-933/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-933/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver