Məhkəmə qərarları › İş №3(027)-933/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-933/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-933/2025 03.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı X2 şikayətini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə şikayət verərək, barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ seriyalı 30569642 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunması və həmin qərar əsasında tətbiq olunmuş 600 manat məbləğində cərimənin silinməsi öhdəliyinin DİN BDYPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, şikayət X3 geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsindən görünür ki, X4 şikayət ərizəsində mübahisələndirdiyi inzibati xətanın baş vermə yeri Xızı rayonu, Güləzi kəndi ərazisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qanunvericiliyin tələbinə əsasən şəxs barəsində inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın baş verdiyi ərazi üzrə rayon (şəhər) məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməlidir, yalnız şəxsin vəsatəti əsasında şikayət ərizəsi onun yaşadığı yer üzrə rayon (şəhər) məhkəməsində baxıla bilər. X4 tərəfindən şikayət ərizəsinə yaşadığı yer üzrə rayon (şəhər) məhkəməsində baxılması ilə bağlı vəsatət əlavə olunmamışdır. Həmçinin, X4 şikayətində qeyd etdiyi xx.xx.2025-ci il tarixli, EQ seriyalı 30569642 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətini şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər X3 qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110.1, 129.1.3 və 132-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şikayət və ona əlavə olunmuş sənədlər X3 qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar