Məhkəmə qərarları › İş №3(027)-938/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-938/2020

13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-938/2020 13.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və qərardan X3 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ X2 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, X X9 xidməti inspektoru Polis serjantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib edilmiş protokolun və qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020 ci ildə öz mülkiyyətimdə olan “RENAUL MEGAN” MİNİK markalı, **-SZ-*** dövlət qeydiyatı nişanlı avtomaşınla saat təxminən 10 radələrində Bakı şəhər Meyvəli adlanan əraziyə meyvə apararkən onu Bakı-Quba yolun 52 km-də qurulan postda polis serjantı X1 giriş-cıxış icazəsini istəmiş, o, serjanta bildirmişdir ki, Meyvəli bazarına meyvə aparır.Lakin polis serjantı onun dediklərinə məhəl qoymayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, X3 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP ******* saylı qərar qanunidir. Qərarın ləğv edilməsi üçün əsas yoxdur. İş materillarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.Ona görə də, X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci tarixli Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Qərarının 1.2-ci bəndinin məzmununa əsasən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna girişçıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci tarixli Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Qərarının 2-ci bəndinin məzmununa əsasən Bu Qərarın 1.1.1-1.1.13cü yarımbəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozaraq xüsusi icazəsi olmadan Bakı şəhərinə getmək istəmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar