Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-938/2024 29.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Xaçmaz rayonu, Hacıəlibəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, "xxxx" ASC-də elektrik mantyoru vəzifəsində işləyən, Xaçmaz rayonu, hacıəlibəy kəndində qeydiyyatda olan, həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Daxil olmuş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs 05 avqust 2024-cü il tarixdə, saat 14 radələrində sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi Vaz 21073 markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu Barlı kəndi ərazisindən ara məhəllədən Quba-Xaçmaz yoluna çıxaraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63.1 maddəsinin (dayanmadan keçmək qadağandır nişanınm-stop) tələblərini pozaraq Xaçmaz-Quba yolu ilə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Priora 217030” markalı, A804MT30RUS dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və onunla toqquşaraq YNH-si baş vermişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 05 avqust 2024-cü il tarixdə, saat 14 radələrində idarə etibarnamə əsasında idarə etdiyi etdiyi “Vaz 21074” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu Barlı kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsindən yanacaq töküb Xaçmaz rayonuna getmək istəyən zaman sağ tərəfdən maşın gəlmədiyini görmüş və fikirli olduğuna görə sol tərəfə baxmadan yola çıxmış və Xaçmaz rayonu istiqamətindən gələn “Priora” markalı avtomobilin qarşısına çıxaraq yol nəqliyyat hadisəsi baş vermişdir. İdarə etdiyi “Vaz 21074” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur, avtomobili etibarnamə ilə idarə edir və sürücülük vəsiqəsi vardır. Hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə anidən baş verdiyinə görə hadisənin qarşısını almaqdan ötrü heç bir tədbir görməmişdir. Hadisə vaxtı spirtli içkinin təsiri altında olmamış, nə də hadisədən öncə spirtli içki qəbul etməmişdir. Yol şəraitinə nəzarət etməyinə hər hansı bir maneə olmamışdır. Hadisə zamanı avtomobildə tək olmuşdur. Avtomobildə hər hansı bir yük olmamışdır. Hadisə zamanı “Priora” markalı avtomobildə arxa sağ oturacaqda əyləşən Daşdəmirova baş nahiyyəsindən xəsarət almışdır. Onu Quba rayon Diaqnostika Mərkəzinə gətirib, müalicə olunub, USM müayinəsindən keçirib və digər xəstəxana xərclərini, ümumiyyətlə dəyən zərəri ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN-nin Quba rayon Polis Şöbəsinə, zərəçəkmiş şəxslər, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, Quba rayon Polis Şöbəsi nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə zərəçəkmiş şəxslərin və protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 15 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs1 yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin DYPB-nə qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından göründüyü kimi, Zərərçəkmiş şəxs2 İsmayıl oğlu izahatında bildirmişdir ki, 05 avqust 2024-cü il tarixdə, saat 14 radələrində Xaçmaz rayonu istiqamətindən Quba şəhəri istiqamətində etibarnamə ilə idarə etdiyi Priora 217030 markalı, A804MT30RUS dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman, Quba rayonu Barlı kəndi ərazisində ara məhəllədən hərəkətdə olan Vaz 21073 markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən qarşısına çıxmış və onlar toqquşmuşdur. İdarə etdiyi Priora 217030 markalı, A804MT30RUS dövlət qeydiyyat nişanlı avtomobil Rusiya Federasiyası vətəndaşı X1 məxsusdur, avtomobili etibarnamə ilə idarə edir və sürücülük vəsiqəsi vardır. Hadisə vaxtı sürət həddi təxminən 40- 50 km/saat olmuşdur. Hadisə zamanı heç bir xəsarət almamışdır. Vaz 21073 markalı avtomobil təxminən 5-6 metr məsafə qalmış anidən onun qarşısına çıxmışdır. Hadisənin qarşısını almaq üçün əyləci basmış, lakin hadisənin qarşısını ala bilməmişdir. Hadisə vaxtı spirtli içkinin təsiri altında olmamış, nə də hadisədən öncə spirtli içki qəbul etməmişdir. Yol şəraitinə nəzarət etməyinə hər hansı bir maneə olmamışdır. Hadisə zamanı avtomobildə arxa sağ oturacaqda tanımadığı qadın əyləşmişdir. Hadisə zamanı qadın baş nahiyyəsindən xəsarət almışdır. Hadisə baş verən anadək avtomobildə nasazlıq olmamışdır. Araşdırma zamanı Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, 05 avqust 2024-cü il tarixdə, saat 14 radələrində yaşadığı evdən çıxıb Quba şəhərinə getməkdən ötrü dayanacağa gəlmişdir. Dayanacaqdan “Priora” markalı avtomobilə Quba şəhərinə gəlməkdən ötrü minmişdir. Quba rayonu Barlı kəndi ərazisində “Vaz 2107“ markalı avtomobil anidən onun sərnişini olduğu avtomobilin qarşısına çıxmış və yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı baş nahiyyəsindən xəsarət almış və müalicə olunmaqdan ötrü Quba RDM-nə getmişdir. Hadisə zamanı o, baş nahiyyəsindən xəsarət almışdır. Qərarda qeyd olunan Məhkəmə-tibb ekspertizasının 07 avqust 2024-cü il tarixli 648 saylı rəyinə əsasən, Zərərçəkmiş şəxs2 İsmayıl oğlunun bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmadığı; Məhkəmə-tibb ekspertizasının 07 avqust 2024-cü il tarixli 654 saylı rəyinə əsasən, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər- baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan alnında sağda əzilmiş-cırılmış yara, sağ göz orbiti ətrafında qançır-hematoma küt əşyanın əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 05 avqust 2024-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aid olduğu; Məhkəmə-tibb ekspertizasının 08 avqust 2024-cü il tarixli 662 saylı rəyinə əsasən, Şəxs bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əməllərə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs xəta nəticəsində Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül bədən xəsarəti yetirməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələrilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun təqsiri inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilir, əməli düzgün olaraq İXM-nin 327.8-ci maddəsilə ilə tövsif edilmişdir və ona həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən və bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İlk dəfə inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininə 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən haların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alaraq, inzibati xəta törətmiş Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8, 114-115ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-938/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-938/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver