Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-94/2023 25.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Xaçmaz rayonu, Mürşüdoba kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələri ilə Azərbaycan Respublikası DİN Quba rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyənetdi: Daxil olmuş İXP ******* nömrəli, 20 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən X4 xx.xx.2022-ci il tarixdə saat 13:05 radələrində “VAZ 21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13:05 radələrində “VAZ 21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi baş vermişdir. Daha sonra 20 yanvar 2023-cü ildə barəsində sürücülük vəsiqəsi olmadan sürdüyü üçün protokol tərtib edilərək baxılması üçün göndərilmişdir. Xaçmaz Rayon Məhkəməsinin qərarlarını məhkəməyə təqdim edərək daha əvvəl verilmiş cərimələri ödəməklə barəsində qəbul edilmiş sürücülük hüququnun məhdudlaşması barədə qərarların xitam olunduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4cü maddələri ilə başlanmış 3(027)-94/2023 saylı inzibati xəta haqqında iş üzrə icraata 332.4-cü maddə ilə bağlı hissədə xitam verilməli və icraatın 327.1-ci maddə ilə hissəsi isə baxılması üçün aidiyyəti Quba rayon PŞ-ə qaytarılmalıdır. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(067)-1348/2022 saylı qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsilə təqsirli bilinib 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş ”Yol-patrul xidməti haqqında Təlimat”ın 9.7-ci bəndinə əsasən sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı müvafiq sənədin (sürücülük vəsiqəsinin) alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Məhkəmə hesab edir ki, nə qədər ki, İXM-nin 327.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş verən anadək X1 vəsiqəsi qəbul edilmiş qərarın icrası üçün alınmamışdır, sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı da başlanmamış sayılır və beləliklə də, o hadisə anında sürücülük hüququ məhdudlaşdırılmış şəxs hesab edilə bilməz. Məhkəmə qeyd edilən hissədə icraata xitam verilməsi qənaətinə gələrkən həmçinin protokol tərtib edilən xx.xx.2023-cü il tarixi üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(067)-1348/2022 saylı qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsilə təqsirli bilinib barəsində 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması barədə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(067)-1348/2022 saylı qərarı üzrə icraata xitam verilməsini də nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə baxılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105. 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələri ilə başlanmış 3(027)-94/2023 saylı inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə bağlı hissədə xitam verilsin. İnzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-94/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-94/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver