Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-941/2024 28.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X1 ilə, xx.xx.1976-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba şəhəri, 5-ci məhəllədə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində idarə etdiyi Hundai Elentra markalı, **-OM-*** d.q.n avtomobili ilə Quba rayonundan Xaçmaz rayonuna gedərkən Quba rayonu, Susayqışlaq kəndi ərazisindən körpünün tamirdə olduğunu görüb Quba rayonu Aşağı-Atuc ərazisindən Qusar rayonu istiqamətində getmiş və Çartəpə ərazisində yolun kənarında bir nəfər tanımadığı şəxsi görüb ondan Qusar rayonuna necə gedə biləcəyini soruşmuş, həmin şəxs ona geri dönməli olduğunu bildirdikdən sonra o, maşının dönmə işığını yandırıb geriyə baxib maşın gəlmədiyini görüb geri dönmüş, 40-5- metr uzaqdan sürətlə gələn Zərərçəkmiş şəxs VAZ 2107 marakalı, avtomobili ilə toqquşaraq YNH-si baş vermişdir. VAZ 2107 markalı avtomobil sürücü tərəf olan bamperi onun avtomobilinin isə qabaq sol qanadına dəymişdir. Hundai Elentra markalı avtomobildə olan X3 “yüngül” dərəcəli, Şəxs, İsmayılova Zenfira və İsmayılov Teyyub dərəcəsi təyin olunmayan bədən xəsarəti almışlar. VAZ 2107 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs da “yüngül” dərəcəli bədən xəsarəti almışdır. Baş vermiş YNH-də Şəxs əməlində “Yol qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.Vİİ maddəsinin, Zərərçəkmiş şəxs əməlində 50.İİ maddəsinin tərkibi olmuşdur. Ona görə də Quba RPŞ DYPB-nin polis kapitanı X5 tərəfindən Şəxsnın barəsində 01 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib edilərək, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs və Quba Rayon Polis Şöbəsinə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Şəxs və Quba Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsinə etirazinin olmadığını və hadisədə günahını olmadığını qeyd etmişdir. İş materiallarında olan Quba RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs və Zərərçəkmiş şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs və Zərərçəkmiş şəxs barəsində Azərbyacan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞnin DYPB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-941/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-941/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver