Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-943/2025 16.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, X1 xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində tərtib edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikasının İXM-nin 332.3-cü maddəsi hissəsində icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə saat 19:35 radələrində mülkiyyətində olan “VAZ 21214’’ markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba şəhəri ərazisində hərəkətdə olarkən, Azərbaycan Respublikasının İXM-nin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyim əsası ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, Azərbaycan Respublikasının İXM- nin 332.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunmağı əsassızdır. Belə ki, Quba Rayon Məhkəməsinin 3(027)-477/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Lakin, sonradan o cərimələrini ödədiyi üçün Quba rayon Məhkəməsinin 3(027)-477/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Quba Rayon Məhkəməsinin 3(027)- 477/2025 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın icrasına xitam verilmişdir. O, Azərbaycan Respublikasının İXM-nin 339.1-1 maddəsi ilə özünü təqsirli bilir, həmin hissə də təqsirini etiraf edir, maddənin sanksiyasında nəzərdə tutulmuş 50 manat cəriməni ödəməkdən boyun qaçırmır. Həmçinin TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərar ona xx.xx.2025-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Həmin günədək onun mübahisələndirdiyi qərardan xəbəri olmamışdır. Qeyd olunanlara əsasən onun barəsində tərtib edilmiş həmin qərar Azərbaycan Respublikasının İXM-nin 332.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunmağı hissəsində əsassız və qanunsuzdur, bu qərar ilə həmin hissədə razılaşmır. Beləliklə barəsində tərtib edilmiş yuxarıda göstərilən inzibati xəta haqqında qərar qanunun tələbləri pozulmaqla, qərəzli formada tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət verən X2 və DİN BDYPİ-nin və Quba RPŞ-nin DYPB-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXMnin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə şikayət verən şəxsin və DİN BDYPİ-nin və Quba RPŞ-nin DYPB-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci və 332.3cü maddələri ilə təqsirli bilinib, 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(027)-477/2025 saylı qərarından görünür ki, X1 Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Quba Rayon Məhkəməsinin 3(027)-477/2025 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın icrasına xitam verilmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci və 332.3-cü maddələri ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı elektron qərar qəbul edilmiş və həmin qərara əsasən 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. X3 Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə -əlli manat məbləğində cərimə edilir. X3 Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X2 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilməli və inzibati iş yuxarıda qeyd olunan, həmçinin X2 tərəfindən ərizəsində nəzərdə tutulan xüsusatlar nəzərə alınaraq yenidən araşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci və 332.3-cü maddələri ilə təqsirli bilinməsinə dair tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati iş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-943/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-943/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver