Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-945/2025 22.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən Şəxs MMC barəsində tərtib edilmiş 01400-07600/25 nömrəli, 19 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, ünvan 2ində qeydiyyatda olan "xxxx" MMC-nin (Vöen: **********) 2025-ci ilin fevral ayı ərzinde **********2156 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 77118.82 rus rublu (1573,22 manat) dəyərində "meyvə" məhsullarını Xaçmaz Gömrük idarəsində rəsmiləsdirməklə Rusiya Federasiyasına ixrac etmis ve xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azerbaycan Respublikasınin qanunvericiliyinə müvafiq olaraq "xxxx" MMC-nin Azerbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmisdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmis bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2025-ci il tarixli 3-33-1700/2-002753/2025 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər geyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmisdir. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar "xxxx" MMC-nin halhazırda fəalivyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış idarəetme Sisteminden elde olunmus malumata əsasən, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixde, ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qevdivyata alındığı, hüquqi ünvanının Quba rayonu, Qələdüz kendi olduğu, fəaliyvətinin aktiv olduğu və rəhbərinin X2 olduğu məlum olmuşdur. Bundan sonra, "xxxx" MMC-nin rehbəri X1 geydiyvatda olduğu ünvana xx.xx.2025-ci il tarixli 3-33-1700/2- 003193/2025 saylı dəvət məktubu göndərilmiş ve MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 77118.82 rus rublu (1573.22 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə 19 sentyabr 2025-ci il tarixdə Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. Lakin şirkətin heç bir nümayəndəsi Xaçmaz Gömrük İdarəsinə gəlməmisdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə və Şəxs MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmiş, habelə vəsatət daxil olmamışdır. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Rəsmiləşdirmə Mərkəzinin rəisi tərəfindən Xaçmaz Gömrük İdarəsinə göndərilmiş xx.xx.2025-ci il tarixli Raportda qeyd edilmişdir ki, ünvan 2i ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (Vöen: **********) 2025-ci ilin fevral ayı ərzində 1 gömrük bəyannaməsi üzrə 77118,82 RUB dəyərində "meyvə" məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq "xxxx" MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2025-ci il tarixli 3-33-1700/2-002753/2025 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli 01400431saylı bildirişdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Şəxs MMC-yə **********2156 sorğu nömrəli gömrük bəyyanamələri üzrə ixrac etdikləri malların müqabilində 2327962.00 RUB ekvivalentində olan vəsaitin bankda olan hesabına köçürülməsinə 30 gün vaxt qalması barədə xəbərdarlıq olunmuşdur. Bu bildiriş Xaçmaz Gömrük idarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə hüquqi şəxsə göndərilmişdir. Toplanmış sənədlərlə müəyyən olunmuşdur ki, Şəxs MMC qaytarılmamış xarici valyuta vəsaitlərinin 77118,82 RUB Azərbaycan Respublikası Mərkəzi Bankının hüquq pozmanın törədildiyi rus RUB-nun rəsmi məzənnəsinə (100 RUB = 2.04 manat) uyğun olaraq dəyəri 1573.22 manat təşkil etmişdir və həmin məbləğ Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin qeydinə əsasən az miqdar hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs ŞəxsMMC-nin istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ŞəxsMMC istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayətedir. Habelə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından,Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğunolmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alınmaqla ŞəxsMMC barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin təmin edilməsi baxımından daha məqsədəmüvafiqdir. YuxarıdagöstərilənlərəəsasənvəAzərbaycanRespublikasıİnzibatiXətalarMəcəlləsinin4 83, 109-112 və 113-114-cü maddələrinirəhbərtutaraqməhkəmə Qərara aldı : Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizi–23135.6 Rusiya rublu məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-945/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-945/2025
22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver