Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-947/2021 17.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 Quba RPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin inzibati xəta haqqında qərarından verdiyi şikayətə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba rayonu, Təbliğat üzrə inspektor polis kapitanı X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, 18.10.2021-ci il tarixli qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmuşdur. X7 həmin qərarlardan şikayət vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X7 bildirdi ki, 16 oktyabr 2021-ci il tarixdə, saat təxminən 14:00-14:30 radələrində, həyat yoldaşı X3, qaynanası X1 və həmkəndlisi Zibeydə ilə birlikdə ona məxsus “Mersedes Benz” 230 minik markalı **-DN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində Quba rayonunun Hacıhüseynli kəndi ilə Quba rayonunun Qımıl qışlaq kəndini birləşdirən yolun “Samur-Dəvəçi” su kanalının üstündəki körpüdə Qımıl qışlaq kəndi istiqamətində 20 km/saat sürətlə hərəkətdə olarkən qarşı tərəfdən əks istiqamətdə hərəkət edən **-OS-*** dövlət qeydiyyat nişanlı, VAZ 21099 markalı avtomobil yüksək sürətlə hərəkət edərək idarəetməni itirib onun hərəkət zolağına çıxmışdır. O, qarşıdakı yaranmış qəzalı şəraiti nəzərə alaraq idarə etdiyi avtomobilin əyləcini basaraq sürəti 00-a endirərək avtomobilini tam dayandırmışdır. Bu zaman qarşı tərəfdən gələn həmin avtomobil onun avtomobilinə zərbə ilə çırpılaraq avtomobilini yoldan kənar hissədə quraşdırılmış körpünün metal hasarına çırpmış, nəticədə onun avtomobilini zədələmiş və körpünün metal hasarını sındıraraq dağıldıb hərəkətini davam etdirərək kanalın digər sahilində saxlamışdır. Hadisə nəticəsində onun avtomobilinin körpüdən kanala aşma şəraiti yarandığından avtomobilini təxminən 04 metr irəli hərəkət etdirərək yolun sağ kənar hissəsində saxlamışdır. Faktla bağlı Quba RPŞ-nin YPX-nə verdiyim məlumat əsasında YPX-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçirərək sənədləşmə apararaq hadisə yerini tərk etmişlər. Sonradan ona təqdim edilmiş Quba RPŞ-nin YPX 18.10.2021-ci il tarixli, İXP seriyalı, № ******* saylı protokolu oxuduqda bəlli olmuşdur ki, həmin protokolda iradə ifadəsinin təfsiri zamanı onun məzmunu və hərfi mənası ağlabatan mühakimə əsasında müəyyənləşdirilməməklə bərabər protokol 16 oktyabr 2021-ci il tarixdə baş vermiş yuxarıda göstərilən yol nəqliyyat hadisəsi ilə əlaqəli deyildir. Mübahisəli protokolla bağlı qərarın olub-olmamasını Quba RPŞ-nin YPX-dən soruşarkən şifahi formada qərarın qəbul edildiyi ona bildirilmiş və həmin qərarın ona təqdim edilməsini xahiş edərkən qərarın ona verilməsinin mümkünsüz olduğu və həmin qərarın yalnız məhkəmə sorğusu əsasında məhkəməyə təqdim ediləcəyə bildirilmişdir. Belə ki, hazırki şikayətə əlavə edilmiş 20 okyabr 2021-ci il və 05 noyabr 2021-ci il tarixli şikayətlərdən və həmin şikayətlərlə əlaqəli SS758790023AZ nömrəli xəbərnaməli poçt qəbzindən göründüyü kimi Quba RPŞ-nin 18.10.2021-ci il tarixli, İXP seriyalı, № ******* saylı protokolunun ləğv edilməsinə dair aidiyyəti üzrə Quba RPŞ-nə müraciətlər etmiş və 20 oktyabr 2021-ci il tarixli həmin şikayət polis şöbəsinə 22 okyabr 2021-ci il tarixdə təqdim edilmişdir. 05 noyabr 2021 -ci il tarixli şikayətlə əlaqəli xəbəmaməli poçt qəbzi hələ ona təqdim edilməmişdir. Nəticədə pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edərək Quba RPŞ-nin YPX 18.10.2021-ci il tarixli, İXP seriyalı, N« ******* saylı protokolu ilə əlaqəli qərarın Quba RPŞ-nin YPXdən tələb edilməsini, həmin qərarın və qərarla əlaqəli 18.10.2021-ci il tarixli, İXP seriyalı, № ******* sayl protokolun ləğv edilməsini məhkəmədən xahiş etməli olmuşdur. Ona görə də Quba RPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin 18.10.2021-ci il tarixli, İXP seriyalı, ******* saylı protokolunun və həmin protokolla əlaqəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xətaya dair işin icraatına xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba Rayon Polis X11 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba Rayon Polis X11 Xidmətinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş TP ******* saylı, 17.12.2021-ci il tarixli qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Həmin Məcəllənin 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Həmin Məcəllənin 125.2.3-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi-göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 57.4-cü maddəsinə əsasən sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: Həmin Məcəllənin 57.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; Həmin Məcəllənin 57.5.2-ci maddəsinə əsasən bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: Həmin Məcəllənin 57.5.2.1-ci maddəsinə əsasən ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; Həmin Məcəllənin 57.5.2.2-ci maddəsinə əsasən sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan; Həmin Məcəllənin 57.5.3-cü maddəsinə əsasən bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, Quba rayonu, Təbliğat üzrə inspektor polis kapitanı X6 tərəfindən X7 barəsində 18.10.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əssən inzibati tənbeh vermə haqqında 17.12.2021-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edilmiş və həmin qərara əsasən 60 manat məbləğində cərimə edilmişdir. Sözügedən qərar X4 poçr vasitəsilə göndərilməmiş, qərarın surətini almaq üçün aidiyyatı üzrə müraciət etsə də, həmin qərarın surəti ona verilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xətanın törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57, 122 və 125-ci maddələrinin tələbləri pozulmaqla lazımi qaydada xəbərdar olunmadan cərimə edilməsi bu Qanunun ədalətlik prinsipi ilə uzlaşmır. Belə ki, X7 barəsində olan inzibati xəta haqqında qərar onun rəsmi qeydiyyatda olduğu ünvana göndərilməmiş, o, İXM-nin 125-ci maddəsində nəzərdə tutulmuş qaydada bu qərar barədə lazimi qaydada məlumatlandırılmamışdır. Sözügedən qərar məhkəmənin sorğusu əsasında alınıb iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X7 barəsində Quba rayonu polis kapitanı X6 tərəfindən verilimiş 17.12.2021-ci il tarixli, TP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün DİN-nin BDYPİ-nə göndərilməlidir. Şikayət qalan hissədə təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X7 barəsində Quba rayonu polis kapitanı X6 tərəfindən verilimiş 17.12.2021-ci il tarixli, TP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin olunmasın. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-947/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-947/2021
17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver