Məhkəmə qərarları › İş №3(027)-948/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-948/2020

10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-948/2020 10.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Quba rayonu, İqriq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, İqriq kəndində qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Quba şəhərində üzərində şəxsi istehlak miqdarında narkotik vasitə olan marixuana saxlamışdır. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı X2 tərəfindən Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, özünə məxsus “VAZ-2107” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi kimi faliyyət göstərir.X1 də onun kimi öz avtomaşını ilə taksi kimi işləyir. Təxminən 4 gün bundan əvvəl Rəhim ona İqriq kəndinin yuxarı hissəsində köhnə yanacaqdoldurma məntəqəsinin yanında olan dükanların arxa hissəsindəki zibillik sahəsində yerdən kağız bükülüdə mankotik vasitə olan marixuana tapdığını bildirmişdir. O, da narkotik vasitə olan marixuanadan çəkib dadına baxmaq istədiyindən Rəhimə ona da ondan verməsini xahiş etmişdir. O da çəkəndə verəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə günortadan sonra o Quba şəhər “Birja” adlanan yerin yanında taksi kimi dayanıb müştəri gözləyərkən onun müştərisi olan Quba rayon Möhüc kənd sakini Yavər onu dayanan görüb yanına gəlmiş, onlar onun avtomaşınında dayanıb söhbət etməyə başlamışlar. Həmin vaxt o Rəhimin avtomaşınının “Birja” adlanan yerin qarşısından keçib bayandığını görüb maşından düşərək onun yanına gedib yerdən tapdığı marixuananın üstündə olmasını soruşub çəkmək üçün ona verməsini istəmişdir. O da üzərində saxladığı kağıza bükülmüş bükülün ona vermişdir. O, bükülünü əlində tutaraq avtomaşının yanıa gəlmiş və maşına əyləşəndə Yavər ondan əlində nə olduğunu soruşmuşdur. O, da əlindəkinin narkotik vasitə olduğunu bildirmişdir. Həmin vaxt qəfildən iki nəfər polis əməkdaşının onun avtomaşının yanına gəlib ondan burada niyə dayandığını soruşmuş, həmin vaxt Yavər tez avtomaşından düşüb kənara çəkilmiş, o da əlində olan bükülünü tez cibinə qoyub müştəri gözlədiyini demişdir. Lakin polis əməkdaşlarıdan biri onun əlində olan kağız bükülünü gördüyündən bu barədə soruşmuş, o da bükülüdə narkotik vasitə olan marixuana olduğunu və özünün istifadə etməsi məqsədi ilə əlində saxladığını demişdir. Bundan sonra polis əməkdaşları onu RPŞ-nə gətirmiş və onun üzərinə şəxsi axtarış aparılmışdır. Həmin vaxt o, cibində olan bükülünü çıxarıb stolun üzərinə qoymaqla onu Rəhim adlı həmkəndlisindən aldığını bildirmişdir.Həmin bükülü onun iştirakı ilə elektron tərəzidə çəkilərək kağız zərfə qablaşdırılmışdır. Baş vermiş hadisə ilə bağlı əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı X2 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon RPŞ-nin TQ-nun təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Quba şəhərində üzərində şəxsi istehlak miqdarında narkotik vasitə olan marixuana saxlamışdır. Ona görə də onun barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba Rayon Məhkəməsinə göndərilmiş, Şəxs üzərindən götürülmüş 1 ədəd zərfdə 0.525 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Quba RPŞ-nin Təchizat xidmətinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 7/685 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət.Şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kağız bükülüdə çəkisi 0.525 qram qarışıq kütlədə tütün hissəcikləri ilə yanaşı cüzi miqdarda çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın hissəcikləri vardır. Marixuana cüzi miqdarda olduğu üçün onun çəkisini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs barəsində həbs etmənin xx xxxxxx 2020-ci il tarixdən, saat 16:30-dan hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Quba Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd zərfdə narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 16:30-dan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Quba Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd zərfdə çəkisi 0.525 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar