Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-948/2021 17.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələri ilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Quba rayon PŞ-dən daxil olan 17.11.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X2 17.11.2021-ci il tarixdə saat 00:15 radələrində Quba rayonu, Qımılqışlaq kəndində kafedə müştəri qismində əyləşərək, karantin rejimi qaydalarını pozmuşdur. X2 17.11.2021-ci il tarixdə saat 00:30 radələrində Quba rayonu, Qımılqışlaq kəndində kafedə müştəri qismində əyləşərək, karantin rejimi qaydalarını pozmuş, polisin qanuni tələbinə tabe olmamış, tabesizlik göstərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ-i tərəfindən X2 barəsində toplanmış materiallar baxılmaq üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 17.11.2021-ci il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-948/2021 nömrəli iş bir icraatda 3(027)-949/2021 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 17.11.2021-ci il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması ücün 3(027)-948/2021 nömrəli iş bir icraatda 3(027)-949/2021 nömrə ilə birləşdirilsin. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-948/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-948/2021
17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver