Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-95/2024 05.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Şikayət verən X9 iştirakı ilə, X9 Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18345863 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X13 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18345863 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “VAZ 21099” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6r. X10 qeyd edilən nəqliyyat vasitəsi ilə bağlı 30 sentyabr 2022-ci il tarixdə X3 hüququ olduqda idarə etmək, sərəncam vermək və digər səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişdir. Bundan sonra qeyd edilən “VAZ 21099” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil də X7 təhvil verilmişdir. Həmin etibarnamənin müddəti 30 sentyabr 2023-cü il tarixdə bitsə də, etibar edilən X11 avtomobili mülkiyyətçisi olan X8 geri qaytarmamış və hələ də heç bir hüququ olmadan idarə etməkdə davam edir. Nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Müslüm Ağayev onun oğludur. O, mülkiyyətçi kimi X7 etibarnamə verməzdən əvvəl həmin nəqliyyat vasitəsi ilə bağlı ona da etibarnamə vermişdir və Elmar Qarayevin etibarnaməsi qüvvədən düşdükdən sonra “VAZ 21099” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı cərimələr ondan əvvəlki və qüvvədə olan etibarnamə əsasında avtomatik olaraq onun adına yazılmağa başlamışdır. Belə ki, hal-hazırda ona məlum olmuşdur ki, guya o “VAZ 21099” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə, saat 10:02 radələrində Quba rayonu, Digah kəndi ərazisindən Quba istiqamətində hərəkət edərkən hərəkət sürətini 21-40 km/ saat həddində aşmışdır. Bunun əsasında da o xx.xx.2023-cü il tarixli, EQ 18345863 protokol əsasında qəbul edilmiş qərarla Azərbaycan Respublikası İXM- nin 328.2-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. Bundan sonra isə ona məlum olmuşdur ki, onun istifadəsində olmayan və onun tərəfindən idarə olunmayan “VAZ 21099” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 10-larla bu formada cərimə vardır ki, həmin elektron cərimələr hamısı onun adına tərtib edilmişdir. Həmin qərar qanunsuz və əsassızdır ona görə ki, həmin vaxt, o cümlədən hal-hazırda da avtomobil onda deyildir və avtomobili o idarə etməmişdir. Avtomobilə dair ona etibarnamə verilsə də, avtomobil onda olmamış, qeyd edilən avtomobil X1. İnzibati xəta haqqında qərardan da göründüyü kimi qeyd edilən qərar elektron protokol əsasında tərtib edilmiş və yəqin ki, hərəkət sürətini aşma ilə bağlı inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin görüntülər ona təqdim edilməmişdir. Məhkəmə vasitəsilə qeyd edilən görüntülər alınarsa bir daha sübut olunar ki, avtomobili idarə edən şəxs o deyildir. Məhkəmə iclasında X13 ərizəsinin məzmununa uyğun izahat vermiş və DİN BDYPİ tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN BDYPİ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18345863 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X13 tərəfindən verilmiş şikayət qismən təmin olunmalı və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 328.2-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. İş materiallarında olan inzibati xəta haqqında elektron qərarı surətindən görünür ki, X13 xx.xx.2023-cü il tarixdə **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu, Digah kəndindən Quba istiqamətində hərəkətdə olarkən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat cərimə edilmişdir. İş materiallarına əlavə olunan AD 810209 seriyalı Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən göründüyü kimi, “VAZ 21099” minik markalı **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanında qeydiyytda olan X5 adınadır. “Elektron notariat” X2 çıxarışdan görünür ki, “VAZ 21099” minik markalı **-BU-*** d.q.n avtomobilin mülkiyyətçisi ünvan 1 ünvanında qeydiyytda olan X10 nəqliyyat vasitəsindən istifadə hüququ əsasında avtomobili ünvan 2 ünvanında qeydiyyatda olan X7 etibar etmişdir. Etibarnamə Bakı şəhəri, 41 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və bir il müddətinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilə kimi qüvvədə olma müddəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikasının İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Qeyd edilən Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mülkiyyətçi X10 tərəfindən “VAZ 21099” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X12 etibarnamə vermiş, daha sonra X7 həmin nəqliyyat vasitəsi ilə bağlı etibarnamə vermişdir. X7 verilmiş etibarnamənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdə bitdiyindən, “VAZ 21099” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı ondan əvvəlki və qüvvədə olan etibarnamə əsasında X12 inzibati tənbehlər verilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1 -ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə belə qənaətə gəlir ki, “Vaz 21099” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəzərdə tutulmuş sürət həddi tələbinə riayət etməməsilə bağlı inzibati xəta üzrə sübut kimi müəyyən olunan xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar nəqliyyat vasitəsinin sürücüsünün X13 olmadığını, inzibati tənbehin kənar şəxs tərəfindən törədildiyini əks etdirir. Səlahiyyətli orqan mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaqla inzibati xətanı törədən şəxsin müəyyən edilməsi mümükünlüyü üzrə nəticəyə gəlinə biləcəyindən, şikayət icraata xitam verilməsi hissəsində təmin edilməməli, beləliklə də, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nın 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1 -ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18345863 saylı qərarı ləğv edilsin və və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-95/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-95/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver