Məhkəmə qərarları › İş №3(027)-952/2020

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-952/2020

13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-952/2020 13.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Şəxs barəsində Bakı şəhəri, Nəsimi rayon Pİ-nin 21-ci PB-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Quba Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, Şəxs tərəfindən inzibati xəta Bakı şəhəri Nəsimi rayonu ərazisində törədilib. İş materiallarından görünür ki, inzibati xəta törətmiş şəxs törətmiş şəxs Şəxs inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması barədə vəsadəti yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri, Nəsimi rayon Pİ-nin 21-ci PB-dən daxil olmuş inzibati xəta haqqında protokola Quba Rayon Məhkəməsində baxıla bilməz və inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam kimi Bakı şəhəri, Nəsimi rayon Pİ-nin 21-ci PB-nə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri, Nəsimi rayon Pİ-nin 21-ci PB-nə geri qaytarılsın. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar