Məhkəmə qərarları › İş №3(027)-954/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-954/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-954/2024 25.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Babayev Aydın Vahid oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələr ilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs 22.11 2024-cü il tarixdə saat 14:35-də Quba RPŞ-nin TB-nin təhqiqatçısı Emil Zülfüqarovun iş otağında ucadan kobud şəkildə danışaraq maneçilik törətmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs 22.11 2024-cü il tarixdə saat 14:30-da Quba RPŞ-nin TB-nin iş otağında kobud şəkildə TBnin əməkdaşının iş səlahiyyətlərinə maneçilik törədərək, qanuni tələbinə tabe olmamışdı. Qeyd olunan materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ-i tərəfindən baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələrilə daxil olmuş protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün inzibati işlər bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə daxil olmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* və ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-954/2024 nömrəli inzibati iş və 3(027)-955/2024 nömrəli inzibati iş bir icraatda sonuncu nömrə 3(027)-955/2024 nömrə altında birləşdirilsin. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar