Məhkəmə qərarları › İş №3(027)-956/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-956/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-956/2025 05.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 15:50-də Quba rayonu ərazisində Şəxs MMC -nin MTV markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobillə buraxılış vəsiqəsi olmadan yükdaşıma fəaliyyəti göstərdiyi aşkar olunmuşdur. Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsi və Şəxs MMC -yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Lakin MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 324.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin inspektoru X5 və inspektor X7 tərəfinən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:50-də Quba rayonu, Vəl-vələ kəndi ərazisində apardıqları monitorinq zamanı sonradan müəyyən etdikləri Şəxs MMC-yə məxsus X3 “MAN” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılmış, e-xidmət ayna.qov.az elektron sistemindən yoxlanılmış, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük daşınması müəyyən edilmişdir. Sürücü X1 təqdim etməkdən və izahat verməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsi tərəfindən Şəxs MMC –yə 08 oktyabr 2025-ci il tarixdə bildiriş ünvanlaraq bildirilmişdir ki, idarənin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixində Quba rayonu, Vəlvələ kəndi ərazisində keçirilən monitorinq zamanı Şəxs MMC-yə məxsus MAN markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük daşınmasının təşkili tərəflərindən aşkar olunmuş və barəsində AR İXM-in 324.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün İXM 18.5-ci maddəsinə əsasən məhkəməyə göndərilmişdir. Şəxs MMC tərəfindən 04 noyabr 2025-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edərək, avtomobil nəqliyyatı ilə sifarişli daşımaları həyata keçirmək üçün ölkədaxili sifarişli yük daşımalara buraxılış vəsiqəsinin verilməsinə razılıq verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs MMC-yə 04 noyabr 2025-ci il tarixdən 04 noyabr 2032-ci ilədək avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara buraxılış kartı verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsinə əsasən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə–vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. AR İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki halda Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasıbda iştirak etməsə də, məhkəməyə mvafiq sənədlər ünvanlayaraq, buraxılış vəsiqəsinin mövcud olduğunu bildirməklə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin həmin sənədlərə nəzər yetirdikdə müəyyən olunur ki, Şəxs MMC tərəfindən AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məhkəmə iclasının keçirilməsindən 1 gün əvvəlki tarixdə, yəni 04 noyabr 2025-ci il tarixdə müraciət edilmiş və elə həmin tarixdə də 04 noyabr 2032-ci ilədək buraxılış kartı verilmişdir. İnzibati xəta haqqında protokoldan isə müəyyən olunur ki, inzibati xəta faktı 07 oktyabr 2025-ci il tarixdə aşkar edilmiş, hüquqi şəxsin nümayəndəsi isə həmin tarixdə buraxılış vərəqəsinin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131 və 324.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İXM-in 324.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 (bir min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar