Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-957/2022 10.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində Quba rayonu, 1-ci Nügədi kəndində yaşadığı evin bağ sahəsində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan bədən xəsartələri yetirmişdir. Ona görə də Quba RPŞ-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 10 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs keçmi əridir, onunla 2020-ci il tarixdə anlaşa bilmədikləri üçün məhkəmə qaydasında ayrılmış, hazırda bir evdə lakin ayrı-ayrı otaqlarda yaşayırlar. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində əlində vedrə ilə bağa gilas meyvəsi yığmaq üçün geçmiş, lakin Elman buna mane olaraq əlindəki vedrəni alıb yerə atmışdır. Elman onu təhqir etdiyi üçün yaxasına əl ataraq dartışdırmış, nəticədə köynəyini də cırmışdır. Elman onun qollarından tutub möhkəmcə sıxmış, itələyərək ağac çırpmaqla yaxasını dartışdırmışdır. İnzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. O, Zərərçəkmiş şəxs ilə barışmışdır, Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs keçmiş arvadıdır. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Gülsarənin əlində vedrə ilə bağa keçərək gilas meyvəsi yığmaq istəməsini görmüş, meyvəni dərməməsini dedikdə sözünə məhəl qoymamış, bununla bağlı aralarında mübahisə yaranmışdır. Gülsarə onun üzərinə gələrək əvvəlcə yaxasına əl atmış, sonra isə bir dəfə yumruqla sinəsinə vurmuşdur. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, hal-hazırda Şəxs ilə barışmışdır, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən müvafiq olaraq o cümlədən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.9, 110-114, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Zərərçəkmiş şəxslə barışması əsasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-957/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-957/2022
10.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver