Məhkəmə qərarları › İş №3(027)-957/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-957/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-957/2025 19.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X2, Quba RPŞ-nin YPX-nin nümayəndəsi X6 iştirakı ilə X2 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ DYPB–nin Azərbaycan Respublikası İXM-nin 342.5 və 333.1-ci maddələri ilə tərtib edilmiş qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X5 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci, 333.1-ci maddələrinə əsasən 400 manat məbləğində cərimə olunmağı barədə Quba RPŞ YPX-nin polis mayoru Polis leytenantı X3 06 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərarını ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba RPŞ YPX-nin polis mayoru X4 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 400 manat məbləğində inzibatı cərimə növündə tənbeh tətbiq edilmişdir. Həmin qərardan verdiyi şikayət, Quba rayon Məhkəməsinin 3(027)-663/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə qismən təmin edilərək barəsində tərtib olunmuş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinə göndərilmişdir. Bu iş üzrə əvvəlki şikayətində qeyd etdiyi kimi 05 iyul 2025-ci ildə Opel ASTRA markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba şəhəri M.Qorki küçəsi ilə işə gedərkən Quba RPŞ YPX-nın əməkdaşı X7 tərəfindən saxlanılmışdır. O, onun içkili olub-olmadığını soruşub, heç bir yoxlama olmadan Polis Şöbəsinə apardı. Şöbədə alkotesterə üfürməyi tələb edildi, aparatın başlığı hazır vəziyyətdə gətirildi, başlığın yenisi ilə əvəzlənməsini tələb etsə də, dəyişdirilmədi. O, Qubada həkim müayinəsindən keçə bilmədiyinə görə Xaçmaz MRX-da müayinədən keçib, rəy almışdır. Rəydə sərxoş olmadığı əks olunur. Sərxoş olmadığına baxmayaraq həmin gün barəsində İXP ******* nömrəli protokol tərtib edildi. Protokolda AR İXM-nin 333.1 və 342.5-ci maddələri ilə inzibati xəta törətməyi qeyd olunur. xx.xx.2025-ci il tarixində yuxarıda qeyd olunan qərar, hansı ki Quba rayon Məhkəməsi tərəfindən ləğv edilən, inzibati qərar qəbul edildi. Həmin qərar ləğv edilərək iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinə göndərilsə də, nəinki iş yenidən tam və obyektiv araşdırıldı, ümumiyyətlə heç bir araşdırma aparılmadı. Araşdırmanın nəticəsi barədə dəfələrlə Quba RPŞ YPX-ya müraciətlər etdikdən sonra nəhayət xx.xx.2025-ci ildə 3-5 dəqiqə ərzində qərar qəbul edildi. Həmin qərar da xx.xx.2025-ci il tarixli, TP 7361442 nömrəli qərarın tam eynisi oldu. Həmin qərar qərəzli formada qəbul olunduğundan, həmçinin əsassız və qanunsuz olduğundan razılaşmır və hal-hazırki şikayətlə məhkəməyə müraciət edir. Bir daha bildirir ki, onun tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir. O, avtomobili sərxoş vəziyyətdə idarə etməmişdir. Bu hal müvafiq rəylə tam sübut olunsa da barəsində qeyd olunan inzibati xəta haqqında qərarlar qəbul edilmişdir. Hansıki həmin qərarlarda göstərilən Azərbaycan Respublikasının İXM- nin 333.1-ci maddəsində qeyd olunan məsuliyyətin yaranması üçün dispozitiv hal avtomaşının sərxoş vəziyyətdə idarə edilməsidir. Məhkəmə iclasında şikayət verən X5 ərizənin məzmununa uyğun izahat vermiş və həmin vaxt hər hansı bir qayda pozuntuna yol vermədiyi üçün qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 şikayəti qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X1 olmadığı müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, saat 10.40 radələrində xüsusi texniki vasitə ilə alkoqolun miqdarını müəyyən edən yoxlanma nəticəsindən göründüyü kimi, X2 müayinəsi zamanı alkoqolun miqdarı 0.3144% müəyyən olunmuşdur. “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X14 “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən Quba rayon Məhkəməsinə ünvanlanmış 19 noyabr 2025-ci il tarixli məktubla bildirilmişdir ki, X5 xx.xx.2025-ci il tarixdə 11:50 radələrində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim-narkoloqu tərəfindən müayinə olunmuş, müayinə zamanı həkim tərəfindən “Ayıq vəziyyət” kimi rəy verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə bununla bağlı qeyd edir ki, AR İXM-nin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır, habelə 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.4-cü bəndində əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması və yaxud narotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin Həmin qərarın İİİ hissəsinə yəni Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinənin aparılması qaydalarının 3.3-cü bəndinə əsasən Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Həmin qərarın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Qeyd edilməlidir ki, Şahin Niftəliyev məhkəməyə təqdim etdiyi şikayətdə, eyni zamanda məhkəmə iclasında verdiyi izahatda yoxlanış zamanı alkotesterdə olan göstərici ilə razı olmadığını bildirmiş, məhkəməyə təqdim edilmiş videogörüntülərlə şəxsin həqiqətən göstərici ilə razılaşmadığı, etiraz etməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, şikayətçinin sərxoşluq vəziyyətinin alkotester vastəsilə yoxlanılması 05 may 2025-ci il tarixdə saat 10:40-da həyata keçirilmiş və alkoqolun miqdarı 0.3144% miqdarında müəyyən olunmuşdur. Daha sonra isə sözügedən şəxsin həmin tarixdə, saat 11:50-də , yəni 1 saat 10 dəqiqə sonra keçirilmiş tibbi müayinənin nəticəsinə əsasən ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Göründüyü kimi alkotesterin nəticəsi ilə keçirilmiş tibbi müayinənin nəticəsi arasında fərq mövcud olmuşdur. Şahin Niftəliyev isə alkotesterin göstəricisinin yanlış olmasını irəli sürməklə, sərxoş vəziyyətdə olmadığını iddia etmişdir. Lakin məhkəməyə təqdim edilmiş videogörüntülərdə Şahin Niftəliyev yoxlanışın həyata keçirilməsi zamanı həmin tarixdən əvvəlki axşam “pivə” içkisi qəbul etdiyini etiraf etmişdir. Məhkəmə iclasında verdiyi izahat zamanı da sözügedən şəxs görüntüdə qeyd etdiyi faktı təsdiqləmiş, həqiqətən də yoxlanışdan əvvəlki axşam pivə içdiyini qeyd etsə də, onun alkotesterin göstəricisində aşkar olunmasının mümkün olmadığını vurğulamışdır. Yuxarıda sadalanan qanunvericiliyin tələbindən məlum olur ki, qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması şəxsin sərxoş olmasını demək üçün əsas olaraq qəbul edilmişdir. Ş.Niftəliyev isə alkotesterlə yoxlanış zamanı sərxoş olmadığını bildirsə də, əvvəlki gün üçün içki qəbul etməsini inkar etməmişdir. Bu isə onu deməyə əsas verir ki, sərxoşluq vəziyyətinin alkotester vastəsilə yoxlanılması zamanı 0.3144% miqdarında alkoqolun müəyyən edilməsi mümkün olan haldır. Əlavə olaraq qeyd edilməlidir ki, müəyyən olunmuş göstəricinin 0.3 % dan cüzi miqdarda artıq olması 1 saat 10 dəqiqədən sonra həyata keçirilmiş tibbi müayinə zamanı şəxsin “ayıq vəziyyətdə” müəyyən edilməsinə səbəb ola bilər. Beləliklə məhkəmə hesab edir ki, şəxsin nə vaxt içki qəbul etməsindən asılı olmayaraq sərxoş olması faktı müəyyən edildiyi təqdirdə, qeyd edilən hal onun inzibati məsuliyyətə cəlb edilməsini istisna etmir. İnzibati tənbeh vermə haqqında qərarda öz əksini tapmış AR İXM-in 342.5-ci maddələrinə münasibətdə isə məhkəmə bildirir ki, AR İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X2 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1 maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh barədə qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar