Məhkəmə qərarları › İş №3(027)-962/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-962/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-962/2024 25.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X6, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Quba rayonu Digah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, fərdi əməklə məşğul olan Quba şəhəri, Qırmızı qəsəbə ünvanında qeydiyyatda olan və yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən, X3 xx.xx.2024-cü il tarixdə Quba rayonu, Digah kəndində qonşusu Zərərçəkmiş şəxs vurmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X10 izahatında bildirmişdir ki, X1 xx.xx.2024-cü il tarixdə Quba rayonu, Digah kəndində qonşusu Zərərçəkmiş şəxs vurması Zərərçəkmiş şəxs və ailə üzvlərinin X3 tərəfindən döyülməsi izahat, ekspertiza rəyləri və təhqiqat sənədlərilə təsdiq edilir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Quba rayonu Digah kəndində yaşayan X2 etdiyi müraciəti ilə əlaqədar bildirmişdir ki, onların heyvanları onun bağına girdiyinə görə telefon Vatsap sosial şəbəkəsi vasitəsilə yazışan zaman, aralarında söz mübahisəsi baş vermişdir. X4 yaşadığı evə gələrək onunla mübahisə etmiş və onu yenidən təhqir etdiyinə görə o, onu itələyib qapıdan çölə çıxarmışdır. O, onu vurmamış və heç bir xəsarət yetirməmşdir. Şərqiyyə Namazova xəsarəti o, onu çölə itələməsi nəticəsində ala bilər. Lakin o, onu vurmamış və heç bir xəsarət yetirməmişdir. Aralarında olan mübahisə zamanı onun əlində heç bir əşya olmamışdır. Mübahisə təxminən 2-3 dəqiqə davam etmiş və həmin yerdə ikisi olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Quba RPŞ-nə etdiyi müraciəti ilə əlaqədar bildirmişdir ki, Sevinc onun qonşusudur. Bir neçə gün öncə onların xırda buynuzlu heyvanları onların bağ sahəsinə girdiyinə görə o, Vatsap sosal şəbəkəsində ona öz iradlarını bildirmişdir. Onlar sosial şəbəkədə yazışan zaman aralarında söz mübahisəsi baş vermişdir. O, da onun yaşadığı evə gedərək söyməsinin səbəbini soruşduqda, aralarında söz mübahisəsi baş vermişdir. Sevinc əlində olan dəmir parçası ilə onun baş nahiyyəsinə vurub ona xəsarət yetirmişdir. Sonra o, ilkin tibbi yardım almaqdan ötrü Quba RDM-nə getmiş və orada ona ilkin tibbi yardım göstərilmişdir. Aralarında mübahisə və dava-dalaş Sevincin yaşadığı evin həyətində baş vermişdir. Həmin vaxt orada onlar ikisi olmuş, başqa şəxs olmamışdır. Həmin vaxt o, Sevinci vurmamış və dava-dalaş 3-5 dəqişə davam etmişdir. Sonradan o, yaşadığı evə qayıdıb gəlmişdir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 19 avqust 2024-cü il tarixli 716 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət-başın sol təpə nahiyyəsində səthi əzilmiş yara küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 17 avqust 2024-cü-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan bədən xəsarətləri növünə aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 07 sentyabr 2024cü il tarixli qərardan görünür ki, X5 əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İXM-nin 157-cı maddəsinin tərkibi vardır. Ona görə də, X1 barəsində cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti onun barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü RPŞnin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollar müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, sübutlrı tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, X3 döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.3-cü maddəsinə əsasən inzibati xətanın himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə X3 barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın mövcudluğunu və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar