Məhkəmə qərarları › İş №3(027)-963/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-963/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-963/2025 20.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərardan verilmiş şikayətə baxaraq məhkəmə, müəyyən etdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində tərtib edilmiş əsassız olduğuna görə Quba RPŞ DYPB-nin YPX inspektoru X3 xx.xx.2025-ci il tarixli TP ******* № li qərarın ləğv edilməklə barəsindəki inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə təxminən səhər saat 11- 12 radələrində Quba şəhərinin Heydər Əliyev prospekti ilə rayon Mərkəzi Xəstəxanası tərəfdən idarə etdiyi özünə məxsus VAZ-21074 MİNİK markalı ** BM *** № li avtomaşınla «köhnə avtovağzal dairəsi» adlanan əraziyə daxil oldu. Qaydaya uyğun olaraq Bakı istiqamətinə hərəkət etdiyi üçün kənar ikinci yol xəttini tutdu ki, Qusar tərəfə dönən avtomaşınların hərəkətinə maneçilik törətməsin. Qusar tərəfdən avtomaşın gəldiyi üçün o, avtomaşınının hərəkətini dayandırdı, onun keçməsini gözlədi və arxasınca gələn avtomaşın uzaqda olduğuna görə və yol açıq olduğuna gorə dairəni sərbəst şəkildə keçib Bakı istiqamətinə hərəkətimi davam etdirdi. Bu zaman «Əli Ticarət Mərkəzi» tərəfdə dayanan YPX avtomaşını arxasınca gəlib avtomaşını «KONTAKT HOM» Ticarət Mərkəzinin qarşısında saxlatdırdı və onu təqsirləndirdi ki, o dairəni keçmə qaydalarını pozaraq Qusar tərəfdən gələn avtomaşını buraxmamışdır. Özü buna etirazını bildirdi, dedi ki, Qusar tərəfdən gələn avtomaşınlardan ona yaxın olanını buraxdı, arxadan gələn avtomaşınla aralarında məsafə çox olduğundan, onun hərəkətinə heç bir maneçilik törətməyindən və yol açıq olduğundan sərbəst olaraq dairəni Bakı istiqamətinə keçmişdir. O, onun izahı ilə razılaşmadı, bildirdi ki, yox,o, arxadan gələn həmin avtomaşını da buraxmalı idi. Lakin o, bunu düz demirdi, onun dediyindən belə çıxırdı ki, o, orada dayanıb bütün maşınları buraxmalı idi. Əksinə, onun dediyi kimi hərəkət etsəydi, onun arxasınca gələn avtomaşınların hərəkətinə özü maneçilik törədərdi. Dediklərinə qulaq asmadan barəsində əsassız olaraq AR İXM-nin 327.2-ci maddəsilə 100 manat cərimə inzibati tənbehinə cəlb olunmağı barədə qərar qəbul etdi. Həmin inzibati tənbehi əsassız hesab edir. Birincisi, göstərdiyi kimi o, heç bir yol ayrıcı keçmə qayadaları pozmamışdır. Çünki «köhnə avtovağzal dairəsi» adlanan həmin yolayrıcı tənzimlənməyən yol ayrıcıdır. Burada hərəkət yol hərəkəti qaydalarına uyğun olaraq sürücülərin özləri tərəfindən tənzimlənir. İkincisi, hərəkətini çəkən videogörüntülərə YPX əməkdaşı ilə birlikdə baxdı, lakin heç bir qayda pozuntusunu müşahidə etmədi. Amma YPX əməkdaşı əsassız olaraq onu günahlandırmaqla barəsində qanunsuz qərar qəbul etdi. Ona görə də hesab edir ki, onun haqqında qəbul edilmiş qərar ləğv edilməklə barəsindəki inzibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11-12 radələrində idarə etdiyi avtomobillə Quba şəhəri Heydər Əliyev prospekti ilə üzü aşağı hərəkətdə olmuş, birinici maşını buraxmış, ara məsafənin çox olmasını görüb, hərəkət etmişdir. “KontakHom” mağazasının qarşısında Quba RPŞnin DYP-nin əməkdşaları onu saxlayıb yol qaydasını pozduğunu bildirmişlər. O, da iddia etmişdir ki, heç bir yol ayrıcı keçmə qayadaları pozmamışdır. Barrəsində əsassız olaraq AR İXM-nin 327.2-ci maddəsilə 100 manat cərimə inzibati tənbehinə cəlb olunmağı barədə qərar qəbul etdilər. Həmin qərarı əsasız hesab edir, şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba DYPİ məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba RPŞ DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət vermiş şəxsi dinləyib və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə Quba şəhəri, köhnə avtovaqzal dairəsində yolayrıcı keçmə qaydalarını pozmuşdur. Belə ki, o dairəyə daxil olan maşınları gözləmədən hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinə əsasən Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə iclasında təqdim edilmiş videodiskə baxış keçirilərkən məlum olmuşdur ki, X2 dairədə hərəkət edən nəqliyyat vasitəsinə yol vermədən hərəkətini davam etdirmişdir. Buda onu göstərir ki, X2 qərarda göstərilən inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar