Məhkəmə qərarları › İş №3(027)-965/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-965/2020

16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-965/2020 16.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən X3, Zərərçəkmiş şəxs (tələbkar): X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə xx.xx.1979-ci ildə Quba rayonu, Zərqava kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Zərqava kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən, Şəxs Quba Rayon Məhkəməsinin 2(027)-154 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə protokolu tərtib edən şəxs X4 göstərdi ki, Quba Rayon Məhkəməsinin 2(027)-154 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi xx.xx.2020-ci il tarixdə icraatına daxil olmuş və borclu Şəxs dörd ay ərzində hər ay 300 manat olmaqla 1200 manat ödəniş edib, lakin məhkəmə baxışı dövründə aliment üzrə yaranmış 4200 manat borcu ödəmir, icrasından yayınır. Məhkəmədə zərərçəkmiş şəxs (tələbkar) X2 izahatında göstərdi ki, borclu son dörd ay ərzində cəmi 1200 manat aliment ödəmiş və 4200 manat aliment borcunu ödəmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, qətnamə icraya yönəldikdən sonra 4 ay 300 manat olmaqla 1200 manat alimenti ödəyib. Məhkəmə baxışı dövründə yaranmış 4200 manat aliment borcunun silinməsi barədə iddia qaldırıb və iddiası təmin edilməyib. Həmin qətnamədən Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verib və hazırda həmin iş apelyasiya məhkəməsinə göndərilib. Həmin işə baxıldıqdan sonra alimentin həmin hissədə ödənilib-ödənilməməsi hissəsinə aydınlıq gətiriləcək. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki,Şəxs barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-965/2020 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkib olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri, Şəxs alimenti ödəməsi ilə əlaqədar ödəniş qəbzlərini nəzərə alaraq, məhkəmə Şəxs əməlindəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)- 965/2020 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105. 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-965/2020 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar