Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-965/2024 25.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Şəxs barəsində Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Quba Rayon Polis Şöbəsinin İTB-nın sahə rəisi X1 tərəfindən Azərbaycan Respulikası İXM-nin 510-cu maddəsi ilə 25 noyabr 2024-cü il tarixli MN 1688030-4329 №li və Quba Rayon Polis Şöbəsinin İTB-nın sahə rəisi X1 tərəfindən 157-ci maddəsi ilə 25 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında MN 1688031-4330 №li protokollar tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokollarda göstərilir ki, Şəxs 19 sentyabr 2024-cü il tarixdə, saat 07:00 radələrində Quba rayonu, Gədikqışlaq kəndində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs söymüş və həmin vaxt Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-965/2024 №li, 3(027)-966/2024 №li iş bir icraatda 3(027)-966/2024 nömrə ilə birləşdirilərək icraata qəbul edilməli və tərəflərin iştirakı ilə dərhal baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutararaq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair işə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)- 965/2024 №li və 3(027)-966/2024 №li iş bir icraatda 3(027)-966/2024 nömrə ilə birləşdirilsin və icraata qəbul edilərək və tərəflərin iştirakı ilə dərhal baxılsın Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-965/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-965/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver