Məhkəmə qərarları › İş №3(027)-972/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-972/2021

22.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-972/2021 22.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1973-cü il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 01 noyabr 2021-ci il tarixdə günorta saatlarında Quba şəhərinin H.Əliyev prospektində yerləşən “Texnomart” məişət avadanlıqları dükanından 469 manat dəyərində “Redmi note 9” markalı mobil telefonu gizli olaraq talamışdır. Bununla bağlı Quba rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində 22 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 01.11.2021-ci il tarixdə Quba şəhərinin H.Əliyev prospektində yerləşən “Texnomart” məişət avadanlıqları mağazası diqqətini çəkdiyi üçün oraya daxil olmuş, satışdakı məişət avadanlıqları ilə maraqlanmış, içəridəkilərin diqqətinin onda olubolmamasını nəzərdən keçirmişdir. Daha sonra olanları isə xatırlamır. Oranı tərk etmişdir. Hazırda mobil telefonun harada olmasından xəbəri yoxdur. Ona təqdim olunmuş video görüntüdəki şəxsin özü olduğunu təsdiq edir. Hazırda Quba RMX-nın PK-də epilepsiya diaqnozu ilə qeydiyyatda olmasını, əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, o, Quba şəhərinin H.Əliyev prospektində yerləşən “Texnomart” məişət avadanlıqlarının satışı mağazasının müdürüdür. Mağaza saat 09:00-dan 19:00-dək fəaliyyət göstərir. 01.11.2021-ci il tarixdə satış vitrinində 469 manat dəyərində 1 ədəd “Redmi note 9” markalı mobil telefonun yerində olmadığını görmüş, işçilərdən soruşmuş, onların bu haqda məlumatı olmadığı üçün Quba RPŞ-nə müraciət etmişdir. Daha sonra mobil telefonu oğurlayanın Şəxs oldğu məlum olmuşdur. Bildirmişdir ki, mobil telefon hələ də qaytarılmamışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 protokollarda göstərilənləri təsdiq edərək protokolların onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş 13 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs 01 noyabr 2021-ci il tarixdə günorta saatlarında Quba şəhərinin H.Əliyev prospektində yerləşən “Texnomart” məişət avadanlıqları dükanından 469 manat dəyərində “Redmi note 9” markalı mobil telefonu gizli olaraq talamışdır. Qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsinin, yəni özgənin əmlakını gizli yolla talama, oğurluq cinayətinin tərkibini yaratmadığından cinayət tərkibi olmadığından oğurluq edən Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEMK-nın 22.11.2021-ci il tarixli, 839094 saylı müayinə aktından çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.4-cü maddəsinə əsasən birinci və ikinci dərəcə əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, hamilə qadınlara, himayəsində üç yaşınadək uşağı olan qadınlara, üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə, pensiya yaşına çatmış qadın və kişilərə və hərbi qulluqçulara ictimai işlər tətbiq oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, İİ qrup əlil olduğuna görə ictimai işlər və inzibati həbs tətbiq edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq hesab edir ki, Şəxs 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar