Məhkəmə qərarları › İş №3(027)-972/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-972/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-972/2024 09.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Quba Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi polis mayoru Mətin Kərimov tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1603993-4304 №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs Quba rayonu, Qaraçay kəndində yaşayab bacısı oğlu Zərərçəkmiş şəxs məxsus 1 ədəd 120 manat dəyərində stolunu, 8 ədəd hər biri 40 manat dəyərində stulunu, 1 ədəd 50 manat dəyərində pəncərəsini, 1 ədəd 100 manat dəyərində darvazasını yandıraraq sonuncuya ümumilikdə 590 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 16 sentyabr 2024-cü il tarixdə onun toy məclisi olmuşdur. Bu məclisdən sonra dayısı Şəxs ona zəng edərək, bir qədər pul istəmiş, o, da ona pul verməyəcəyini bildirmişdir. Buna görə də aralarında mübahisələr olmuş və o, onu təhqir edərək telefonda hədələmişdir. Daha sonra 30 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində o, evdə olmadığı müddətdə Şəxs evinə gəlib qapının üzərində olan parçanı yandırıb, masaları və şüşəni sındırıb ona ziyan vurmuşdur. Bunu qonşusu Əskərəliyev Toğrul görüb müdaxilə etmişdir. O, evdə olmamış, oğurluq və ya başqa hadisə baş verməmişdir. 8 ədəd stulun hər biri 40 manat olmaqla 320 manat, 120 manat masanın sınması ilə bağlı, 50 manat qapının yanaması boya qiyməti, şüşənin sınması ilə bağlı 50 manat ziyan dəymiş, ümumi 540 manat ona ziyan dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Quba RPŞ və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Quba RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X1 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs 30 sentyabr 2024-cü il tarixdə saat 21:35 radələrində Hacıyev X3 rayonu Qaraçay kənd sakini Zərərçəkmiş şəxs məxsus 1 ədəd 120 dəyərində masanı, 8 ədəd hər birinin dəyəri 40 manat olmaqla 8 ədəd stulu, evin 1 ədəd pəncərəsinin 50 manat, 1 ədəd 100 manat darvazanın yandırması ilə bağlı ümumilikdə ona 590 manat maddi ziyan vurmuşdur. Qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə cinayətinə görə Azərbaycan Respublikası CPM-nin 186-cı maddəsinin tərkibini yaratmır. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli ziyan aktından görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus evində istifadəyə yarasız hala salınmış ev əşyalarının adlı siyahısı və bunlar bazar dəyəri ilə qiymətləndirilməsi aparılmış və akt tərtib edilmişdir Müəyyən edilmişdir ki, Şəxs Nəcmula oğlu 1 ədəd 120 dəyərində masanı, 8 ədəd hər birinin dəyəri 40 manat olmaqla 8 ədəd stulu, evin 1 ədəd pəncərəsinin 50 manat, 1 ədəd 100 manat darvazanın yandırması ilə bağlı ona 590 manat maddi ziyan vurmuşdur. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsi dinləyib və toplanmış sübutları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirlidir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqdainzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh növü tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs 590 manat ziyanın bir misli miqdarında inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125- 126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 590 manat ziyanın 1 (bir) misli miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar