Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-972/2025 13.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş materiallarını araşdırıb, m ü ə y y ə n e t d i m: Quba rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi Nurlan Əkbərov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 13 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin tarixdə baxılması üçün aidiyyatı üzrə Quba Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun və ona əlavə olunmuş materialların Azərbaycan Respublikasının İXM-nin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etdim ki, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokolda inzibati xətalar xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə baş vermiş və zərərçəkmiş şəxslər fərqlidir. İnzibati xəta haqqında protokol ayrı-ayrılıqda tərtib olunmamış, bir protokolda birləşdirilmişdir. Həmçinin, inzibati xəta haqqında iş üzrə icraat xx.xx.2025-ci il tarixdə başlanıldığı halda, inzibati icraatın başlanmasına əsas olmuş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar 12 oktyabr 2025-ci il tarixdə qəbul olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Hesab edirəm ki, qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Quba rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi Nurlan Əkbərova qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Quba rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi Nurlan Əkbərova tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 13 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokol və digər sənədlər Quba rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi Nurlan Əkbərova qaytarılsın. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-972/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-972/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver