Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-973/2022 28.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Qusar rayonunda anadan olmuş, Sumqayıt şəhər 5-ci mikrorayon ev 30 mənzil 48 unvanında qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 7 iyun 2022-ci il tarixdə, saat 18:45 radələrində idarə etdiyi “Changan minik” minik markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomaşınla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməyərək, yol nişanlarının tələblərini pozmuşdur. Bu barədə Quba RPŞ-nin X7 Bölməsinin əməkdaşı X3 tərəfindən xx.xx.2022-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, o, “Changan minik” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomaşını “BC” dərəcəli sürücülük vəsiqəsi ilə idarə etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 18:45 radələrində həmin avtomaşınla Bakı şəhrindən Qusar rayonuna getdiyini, idarə etdiyi avtomobildə ondan başqa tanışları Qusar rayon sakinləri Rauf və Radiq və yolda götürdüyü Səbinə adlı qadının olduğunu və Səbinə adlı qadını Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsindən götürdüyünü, həmin qadının Quba rayonuna getməy istədiyini, bildirmişdir. Raufun qabaq oturacaqda, Radiqlə Səbinənin arxa sərnişin oturacaqında əyləşdiyini qeyd etmişdir. İdarə etdiyi avtomobil ilə Quba rayonu, Paşaoba kəndi ərazisindən keçən hissədə Qusar istiqamətində 60-70 km/saat sürəti ilə hərəkətdə olarkən qarşısında və arxasında eyni istiqamətdə hər hansı bir avtomobilin hərəkət etmədiyini, qarşıda yolun sol tərəfində qoşqusu olan traktorun yola daxil olub asta sürətlə yolu soldan sağa keçmək istədiyini görmüşdür. Onu gec gördüyündən nə edəcəyini bilməmiş və idarə etdiyi avtomobillə traktorun qarşısından keçərək yoluna davam etmişdir. O, sükanı sağa burub traktorun qarşısından keçmək istəyərkən avtomobilin sağ təkəri yolun sağında olan çınqıllı-daşlı ehtiyyat hissəyə çıxdığını və bu zaman idarə etdiyi avtomobilin ehtiyyat yolda sürüşdüyünü, bu vəziyyətdə traktorun qarşısından çıxıb öz yoluna qayıtmaq istədiyini, lakin idarə etdiyi avtomobilin idarə olunmaz vəziyyətə düşdüyünü görmüşdür. Hərəkət yoluna qayıtmaq isdədikdə avtomobil sürüşüb yolun sol hissəsinədə çökək sahəyə düşmüş və avtomobilin sol yanı çökək sahədə olan torpaq topalarına dəyib dayandığını və hadisə nəticəsində avtomibildə olanlardan yalnız Səbinənin xəsarət aldığını bildirmişdir. Hazırda əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Baş İstintaq və Təhqiqat idarəsinə bilavastə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi polis mayoru X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 iyun 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi cəzaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs məsuliyyəti yüngülləşdirən hallar kimi özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 327.2 maddədə nəzərdə tutulmuş 200 (iki yüz) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 327.2 maddədə nəzərdə tutulmuş 200 (iki yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-973/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-973/2022
28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver