Məhkəmə qərarları › İş №3(027)-976/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-976/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-976/2025 23.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 xx.xx.2025-ci il tarixli, EQ 31263644 saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, əsassız olduğuna görə DİN BDYPİ X1 xx.xx.2025-ci il tarixli 31263644 № li qərarı ləğv edilməklə inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, CHEVROLET NİVA 2123 MİNİK markalı ** GS *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərək 12 oktyabr 2025-ci il tarixdə saat 15 radələrində həyat yoldaşı ilə bazarlıq etmək məqsədilə Quba şəhər bazarına gəlmişlər. Bazarın giriş qapısının qarşısına çatanda avtomaşının sürətini azaltmış ki, həyat yoldaşı düşüb bazara keçsin. Avtomaşını söndürmədən sürətini dayanacaq qədər azaltdı və həyat yoldaşı avtomaşından düşüb bazara keçdi, o isə avtomaşını dayanacağa sürüb saxladı. Həmin vaxtı bazarın qabağında yolda quraşdırılmış videoçəkiliş qurğusu sürəti son dərəcə azaltdığı zaman avtomaşınının şəklini çəkmiş və o, AR DİN BDYPİ X3 tərəfindən, guya yanqoşqusu olmayan motosikletlər,mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və durması adlanan inzibati xəta törətdiyinə görə AR İXM-nin 346.4-cü maddəsilə təqsirləndiriib 80 manat məbləğində cərimə olunmuşdur. Tətbiq olunan bu inzibati tənbeh tədbirini o, aşağıda göstərilən səbəblərdən əsassız hesab edir. Birincisi, avtomaşınını o, saxlamamış, sadəcə sürətini son dərəcə azaltmış, hətta mühərrikini belə söndürməmişdir. Həyat yoldaşının avtomaşından düşməsi cəmi bir neçə saniyə çəkən hərəkətdir. İkincisi, bazarın qarşısında avtomaşınının şəklinin çəkildiyi yerdə avtomaşınların saxlanılması üçün yer də yoxdur və ayrılmamışdır. Halbuki belə yerlərdə avtomaşınların saxlanılması üçün yer ayrılmalıdır. Onun avtomaşınının sürətini son dərəcə azaltdığı yerdə həm qarşıda, həm də arxa və yan tərəflərdə başqa avtomaşınlar saxlanılmışdı. Bu çəkilən fotoşəkillərdən açıq-aydın görünür. Üçüncüsü, barəsində qəbul edilmiş qərarda hadisənin baş verdiyi vaxt da düzgün göstərilməmiş, səhv olaraq saat 19-19 dəqiqə göstərilmişdir. Halbuki bazarın qabağında olduğu vaxt gündüz saat 15 radələri idi. Ona görə də hesab edir ki, barəsində qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməklə inzibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək, bildirmişdir ki, 12 oktyabr 2025-ci il tarixdə saat 15 radələrində idarə etdiyi CHEVROLET NİVA 2123 MİNİK markalı ** GS *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Quba rayonu, bazar ərazisində 10 saniyə ərzində yoldaşını maşından düşürüb getmiş, həmin ərazidə saxlamama nişanı olmamışdır. Şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, AR DİN-in Baş Dövlə Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə AR DİN-in Baş Dövlə Yol Polisi İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31263644 saylı qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinib, 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, 31263644 saylı elektron qərar qəbul edilmiş və həmin qərara əsasən 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X4 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 31263644 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilməli və inzibati iş X4 tərəfindən ərizəsində nəzərdə tutulan xususatlar nəzərə alınaraq yenidən araşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 31263644 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati iş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar