Məhkəmə qərarları › İş №3(027)-978/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-978/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-978/2025 13.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Şimal regional X5 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Şimal regional X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Şimal regional X5 İdarəsindən daxil olmuş Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli 10 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs 10 oktyabr 2025-ci il xx.xx.2025-ci il tarixli, 3-18-79/Q-3136/2025 nömrəli qərarına əsasən Quba şəhəri, Vaqif küçəsi 24 ünanında yerləşən “QUBAEKOAQRAR" MMC-yə məxsus meyvə və tərəvəz yeyinti məhsullarının istehsalı sexində planlı yanğın-texniki müayinənin keçirilməsi şərait yaratmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Şimal regional X5 İdarəsindən daxil olmuş müraciətdən görünür ki, Ədliyyə Nazirliyinin Sahibkarlıq X1 Vahid Məlumat Reyestrindən əldə edilmiş xx.xx.2025-ci il tarixli, KY252373246 kodlu çıxarışa (yoxlama müddəti xx.xx.2025-xx.xx.2025) və idarə rəisinin xx.xx.2025-ci il tarixli, 3-18-79/Q- 3136/2025 nömrəli qərarına əsasən Quba şəhəri, Vaqif küçəsi 24 ünanında yerləşən “QUBAEKOAQRAR" MMC-yə məxsus meyvə və tərəvəz yeyinti məhsullarının istehsalı sexində planlı yanğın-texniki müayinənin keçirilməsi nəzərdə tutulmuşdur. İdarənin əməkdaşları tərəfindən yoxlama müddəti ərzində obyektə dəfələrlə getmələrinə və MMC-nin rəhbəri ilə əlaqə saxlamalarına baxmayaraq "QUBAEKOAQRAR” MMC-nin direktoru Şəxs tərəfindən yoxlamanın keçirilməsinə şərait yaradılmamışdır. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında MN № ******* nömrəli protokola və "xxxx" MMC-yə məxsus meyvə və tərəvəzlərdən yeyinti məhsullarının istehsalı sexində planlı yanğın-texniki müayinənin keçirilməsi üçün qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Şimal regional X5 İdarəsinin nümayəndəsi X4 bildirdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti tərəfindən respublika ərazisində bütün yoxlamalar Ədliyyə Nazirliyinin Sahibkarlıq X1 Vahid Məlumat Reyestrindən əldə edilmiş xx.xx.2025-ci il tarixli, KY252373246 kodlu çıxarışa əsasən keçirilir. Həmin yoxlamalar illik plana beş gün qalmış aylıq plana daxil edilir. “QUBAEKOAQRAR" MMC-yə məxsus meyvə və tərəvəz yeyinti məhsullarının istehsalı sexində yoxlamanın keçirilməsi məqsədilə edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin əməkdaşlarının dəfələrlə getməsinə baxmayaraq, "QUBAEKOAQRAR” MMC-nin direktoru Şəxs tərəfindən yoxlamanın keçirilməsinə şərait yaradılmamışdır. Bununla bağlı MN ******* nömrəli 10 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində protokol tərtib edilmiş Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq X1 Vahid Məlumat Reyestrindən əldə edilmiş xx.xx.2025-ci il tarixli, KY252373246 kodlu çıxarışa və idarə rəisinin xx.xx.2025-ci il tarixli, 3-18-79/Q-3136/2025 nömrəli qərarına əsasən Quba şəhəri, Vaqif küçəsi 24 ünanında yerləşən “QUBAEKOAQRAR" MMC-yə məxsus meyvə və tərəvəz yeyinti məhsullarının istehsalı sexində xx.xx.2025-ci il tarixdən xx.xx.2025 tarixədək planlı yanğın-texniki müayinənin keçirilməsi nəzərdə tutulmuşdur; Şimal regional X5 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Quba şəhəri, Vaqif küçəsi 24 ünanında yerləşən “QUBAEKOAQRAR" MMC-yə məxsus meyvə və tərəvəz yeyinti məhsullarının istehsalı sexində yoxlamanın keçirilməsi mümkün olmamışdır; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Şimal regional X5 İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli 10 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 oktyabr 2025-ci il xx.xx.2025-ci il tarixli, 3-18- 79/Q-3136/2025 nömrəli qərarına əsasən Quba şəhəri, Vaqif küçəsi 24 ünanında yerləşən “QUBAEKOAQRAR" MMC-yə məxsus meyvə və tərəvəz yeyinti məhsullarının istehsalı sexində planlı yanğın-texniki müayinənin keçirilməsi şərait yaratmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir və sübutların məcmusu istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Habelə, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından, Şəxs inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə 1000 (bir min) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar