Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-979/2021 03.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, DİN-nin Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında 08 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli elektron qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutularaq tərtib edilmiş inzibati tənbeh vermə haqqında 08 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 07 noyabr 2021-ci il tarixdə idarə etdiyi “Hyundai Sonata” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba rayonu, idman kompleksinin arxası, İspik yolu adlanan ərazisində hərəkətdə olarkən, işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə təqsirli bilinərək, polis kapitanı X2 tərəfindən İXP ******* saylı protokol tərtib edilmiş və protokol əsasında 08.11.2021-ci il tarixdə TP ******* saylı qərar tərtib edilərək 400 manat məbləğində cərimə edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə təqsirli bilinərək, polis kapitanı X2 tərəfindən İXP ******* saylı protokol tərtib edilmiş və protokol əsasında 08.11.2021-ci il tarixdə TP ******* saylı qərar tərtib edilərək 400 manat məbləğində cərimə edilməyi əsassızdır. Çünki, polis əməkdaşları tərəfindən protokol və protokol əsasında qərar tərtib edilərkən heç bir araşdırılma aparılmamışdır. Ona görə də, hesab edir ki, məhkəmə tərəfindən lazımi qaydada araşdırılma aparılmalı, təqsirsizliyi sübuta yetirilməli və inzibati tənbeh vermə haqqında 08.11.2021-ci il tarixli TP ******* saylı qərar ləğv edilməlidir. Çünki barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, DİN-nin Quba RPŞ-nin X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutularaq tərtib edilmiş TP ******* nömrəli, 08 noyabr 2021-ci il tarixli qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməli, TP ******* nömrəli, 08 noyabr 2021-ci il tarixli qərar ləğv edilməli və X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 08 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 07 noyabr 2021-ci il tarixdə “Hyundai Sonata” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini işıq cihazlarından istifadə qaydalarını pozmaqla və sərxoş vəziyyətdə idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 400 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, DİN-nin Quba RPŞ-nin X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutularaq tərtib edilmiş TP ******* nömrəli, 08 noyabr 2021-ci il tarixli qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməli, TP ******* nömrəli, 08 noyabr 2021-ci il tarixli qərar ləğv edilməli və X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: DİN-nin Quba RPŞ-nin X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutularaq tərtib edilmiş TP ******* nömrəli, 08 noyabr 2021-ci il tarixli qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilsin. DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 08 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli elektron qərarı ləğv edilsin. X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-979/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-979/2021
03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver